www.vivo-book.com
354
alqıĢlayardılar. Nyu-York isə belə deyildi, fərqli idi; bu
Ģəhər əzgin və yorğun idi və cismaniliyə nifrət edirdi.
Biz qaradərililərin rayonuna daxil olmuĢduq. Onların
yanından keçərkən bizə diqqətlə baxırdılar: uzun saçlı,
dəmlənmiĢ kürən qız və onun arxasınca yorğunluqdan
ayaqlarını güclə sürüyən, saqqalına dən düĢmüĢ qoca bir
adam. Mən ara-sıra onlara baxırdım – onlar öz
artırmalarında oturmuĢdular; üzlərindən pislik yağmırdı.
Onlar mənim xoĢuma gəlirdilər, Temmidən daha çox
xoĢuma gəlirdilər.
Mən küçə ilə Temminin arxasınca gedirdim. Sonra
qarĢımıza bir mebel dükanı çıxdı. Dükanın qarĢısındakı
səkinin üstündə sınıq dəftərxana kreslosu vardı. Temmi
köhnə dəftərxana kreslosuna yaxınlaĢdı və ayaq saxlayaraq
gözlərini ona zillədi. Onu elə bil hipnoz eləmiĢdilər. Temmi
gözlərini qırpmadan dəftərxana kreslosuna baxırdı. O, əlini
uzadıb barmaqlarını kresloya toxundurdu. Dəqiqələr keçirdi.
Sonra o, kresloya oturdu.
– Bura bax, – mən ona dedim, – mən otelə qayıdıram.
Sən isə nə istəyirsən onu da elə.
|