www.vivo-book.com
351
düĢünürəm ki, bir vaxt gələcək sən mənimlə tanıĢ olduğuna
görə çox Ģad olacaqsan. Hə tərpən, Sedi, gəl gedək.
Mən onları qapıya qədər ötürdüm. Morze mənim
əlimdən yapıĢdı, amma onu sıxmadı və biz heç bir-birimizin
üzünə belə baxmadıq.
– Sən yaxĢı adamsan, – o dedi.
– Sağ ol, Morze...
Və sonra çıxıb getdilər.
64
Ertəsi gün səhər Temmi öz çantasından bir resept tapdı.
– Mən bu reseptdə yazılan dərmanları almalıyam, – o
dedi. – Bir buna bax.
Reseptin kağızı tamamilə əzilmiĢ, içindəki yazıların
mürəkkəbi yayılmıĢ və oxunmaz hala gəlmiĢdi.
– Nə olub ki?
– Hmm, sən mənim qardaĢımı tanıyırsan axı, o
narkomandır, bu həblərin aludəçisidir.
|