www.vivo-book.com
352
– Sənin qardaĢını, əlbəttə ki, tanıyıram. O mənə iyirmi
dollar pul borcludur.
– Hə, deyirəm axı, o bu resepti mənim əlimdən almaq
istəyirdi. O, hətta məni boğmağa da cəhd elədi. Mən bu
resepti ağzıma atdım və onu uddum. Yox, əslində, özümü
onu udmuĢ kimi göstərdim. O isə mənə inanmadı. Bu sənə
zəng edib yanıma gəlməni və onu eĢĢək sudan gəlincəyə
qədər döyməyini xahiĢ etdiyim vaxt baĢ vermiĢdi. Bunu
eĢidəndə, o məndən əl çəkib getdi. Lakin resept hələ də
mənim ağzımda idi. Mən ondan hələ istifadə etməmiĢəm.
Lakin ondan burada istifadə edib dərmanları almaq olar.
Bunu yoxlamağına dəyər.
– YaxĢı.
Biz liftlə aĢağı endik və küçəyə çıxdıq. Ġstidən nəfəs
almaq olmurdu, 100 dərəcə olardı. Mən çox çətinliklə
hərəkət edə bilirdim. Temmi səkinin bir kənarından o biri
kənarına ləngər vura-vura addımlamağa baĢladı, mən də
ayaqlarımı sürüyə-sürüyə onun arxasınca.
– Hə, tərpən görüm! – o mənə dedi. – Geri qalma!
|