www.vivo-book.com
355
Temmi heç baĢını qaldırıb baxmadı da. O öz əllərini
dəftərxana kreslosunun qoltuqaltılarının üstündə ora-bura
gəzdirdi. Ġndi o öz dünyasında dalmıĢdı. Mən çevrildim və
oradan uzaqlaĢaraq “Çelsi” otelinə qayıtdım.
Bir neçə ĢüĢə pivə aldım və liftə minərək yuxarı
qalxdım. Əynimi soyundum, duĢ qəbul elədim, çarpayının
baĢ hissəsinə bir neçə yastıq yığdım və yatağa uzanıb pivəmi
içməyə giriĢdim. Bədii qiraət mənim qürurumu alçaldırdı.
Qiraət bütün ruhumu əmib çıxarırdı. Bir pivə ĢüĢəsini
bitirdim və baĢqasını açdım. Qiraət bəzən səni götə qoyurdu.
Rok ulduzları da bəzən öz göt paylarını alırdılar; moksçular
da öz karyeraları ilə yuxarı dırmaĢarkən öz göt paylarını
alırdılar; dahi toreadorlara isə bakirələr qismət olurdu. Necə
olurdusa, yalnız toreadorlar buna layiq olurdular.
Birdən qapı döyüldü. Mən yataqdan qalxıb qapını azca
araladım. Gələn Temmi idi. O, qapını itələyərək açdı və
otağa daxil oldu.
– Bu pozğun qancıq balası cuhudu tapdım. Reseptə
görə o məndən 12 dollar tələb elədi! Sahilboyunda bu
reseptin qiyməti 6 dollardır. Ona dedim ki, mənim sadəcə 6
|