www.vivo-book.com
361
qorxudur ki, az qalıram altımı batırım. Otağın ortasında
dayanıb deyir: “Mən, sadəcə, sənin tək yatdığına əmin
olmaq istəmiĢdim!”
– Allah, sən özün qoru.
– BaĢqa bir gecə isə evdə oturmuĢdum, birdən qap
döyüldü. Qapını döyənin o olduğunu bilirəm. Qapını açıram,
amma o orada yoxdur. Gecə saat 11-dir və mən
tumançağam. Mən içki içirdim və bu məni narahat edir.
Əynimdə paltardan bircə tumanla ilə bayıra qaçıram. Ona ad
günündə 400 dollarlıq pal-paltar hədiyyə vermiĢdim. Mən
bayıra qaçıram və budur mənim hədiyyə etdiyim paltarlar
maĢınımın damındadır. Onlara kimsə od vurub, onlar yanır!
Paltarları maĢının damından götürmək üçün ora qaçıram və
o kolluqların arasından sıçrayaraq çıxıb bağırmağa baĢlayır.
Səs – küyü eĢidən bütün qonĢular pəncərələrdən baxırlar və
mən bayırda tumançaq vəziyyətdə maĢının damından yanan
paltarları əllərimi yandıra-yandıra götürməyə çalıĢıram.
– Sənin dediklərindən belə anlayıram ki, o
mənimkilərdən birisinə bənzəyir, – mən dedim.
|