www.vivo-book.com
369
baĢladı. Hətta zalda ilk döyüĢ də oldu. Poçt idarəsindəki
həmkarlarım heç vaxt buna inanmazdılar.
Temmi səhnəyə çıxıb mikrofona yaxınlaĢdı.
– Xanımlar və cənablar, – o dedi, – Henri Çinaski bu
gün gələ bilmədi...
Hər tərəfə sükut çökdü.
Sonra Temmi əlavə etdi:
– Xanımlar və cənablar, Henri Çinaski!
Mən səhnəyə çıxdım. Onlar qulaq batıran səs-küy
qaldırdılar. Mən hələ heç nə etməmiĢdim. Mikrofonu
götürdüm.
– Salam, mən Henri Çinaskiyəm...
TamaĢaçıların səs-küyündən bütün zal silkələndi.
Mənim nəsə etməyimə heç bir ehtiyac yox idi. Onlar özləri
lazım olan hər Ģeyi edəcəkdilər. Bununla belə, ehtiyatlı
davranmaq lazım idi. Onlar nə qədər sərxoĢ olsalar da,
istənilən qeyri-səmimi hərəkəti və ya sözü o dəqiqə
anlayacaqdılar. TamaĢaçı kütləsini heç vaxt lazımi Ģəkildə
qiymətləndirməmək olmaz. Onlar bura gələ bilmək üçün pul
ödəmiĢdilər; öz içkiləri üçün pul ödəmiĢdilər; onlar nəsə
|