www.vivo-book.com
377
heç bir ifadə yox idi. Ondan ətrafa heç nə saçılmırdı. Mənim
ağlıma boĢ, taxta, ölü və sair bu kimi təyinedici terminlər
gəldi.
– Sən nə üçün ağzına su alıb oturmusan, Filbert? – deyə
Temmi ondan soruĢdu.
O heç dodağını belə tərpətmədi.
Mən yerimdən qalxdım və mətbəxdəki çanağa
yaxınlaĢaraq onun içinə qusdum. Sonra geri qayıdıb yenə öz
yerimə oturdum. Özümə yeni bir pivə ĢüĢəsi açdım. Pivənin
mədəmdə qalmaq istəmədiyi anlardan zəhləm gedirdi. Mən,
sadəcə, aramsız olaraq neçə gün və neçə gecə idi ki, elə hey
sərxoĢluq edirdim. Bir balaca istirahətə ehtiyacım vardı və
bir də pivə içməyə. Sadəcə, pivə. Yoxsa elə düĢünmək olar
ki, mən daha pivəni də mədəmdə saxlaya bilmirəm. ġüĢədən
böyük bir udum aldım.
Pivə içimdə özünə yer tapa bilmirdi, bayıra çıxmaq
istəyirdi. Vanna otağına getdim. Temmi gəlib qapını döydü:
– Henk, hər Ģey qaydasındadırmı?
Mən ağzımı yaxaladım və qapını açdım.
– Sadəcə, xəstələnmiĢəm, vəssalam.
|