www.vivo-book.com
376
saxladım. Temmini oyatdım. O, maĢından düĢdü, pilləkənlər
ilə yuxarı qaçaraq öz evinə girdi və qapını zərblə bağladı.
68
ÇərĢənbə günü gecə saat 00:30 olardı. Özümü çox pis
hiss edirdim. Qarnım bərk ağrısa da, içimdə bir neçə ĢüĢə
pivəni saxlaya bilmiĢdim. Temmi də mənim yanımda idi və
deyəsən, mənə ürəyi yanırdı. Densini öz anasının yanına
qoymuĢdu.
Xəstə olmağıma baxmayaraq, deyəsən, həyatımda,
nəhayət, yaxĢı vaxtlar baĢlamıĢdı – sadəcə, iki adam birlikdə
idilər.
Kimsə qapımı döydü. Gedib qapını açdım – Temminin
qardaĢı Cey balaca puertorikalı Filbert adlı bir gənc ilə
birlikdə gəlmiĢdilər. Onlar içəri keçib oturdular. Onları
pivəyə qonaq etdim.
– Gəlin pornoqrafik bir filmə baxaq, – Cey dedi.
Filbert isə dinməzcə oturmuĢdu. Onun diqqət və səliqə
ilə vurulmuĢ qara bığları vardı, üzündə isə demək olar ki,
|