www.vivo-book.com
370
əldə etmək niyyətindədirlər və əgər sən onların gözlədikləri
Ģeyi onlara verməsən, onlar səni kürüyüb düz okeana ata
bilərdilər.
Səhnədə bir soyuducu da vardı. Mən onun qapısını
açdım. Orada təxminən 40 ĢüĢə pivə olardı. Mən əlimi
uzadıb bir ĢüĢə götürdüm, qapağını buraraq açdım və bir
udum aldım. Bu içkiyə mənim çox ehtiyacım vardı.
Birdən düz mənim qabağımda oturmuĢ adam qıĢqırdı:
– Ey, Çinaski, biz bu içkilər üçün pul veririk!
QıĢqıran ön cərgədə oturmuĢ, əyninə poçtalyon
forması geyinmiĢ kök kiĢi idi.
Mən soyuducunu açıb bir ĢüĢə də pivə götürdüm və
yaxınlaĢıb pivə ĢüĢəsini ona verdim. Sonra geri qayıtdım.
Soyuducunun içindən daha bir neçə pivə ĢüĢəsi çıxardım və
ön cərgədə oturan tamaĢaçılara payladım.
– Ey, bəs biz, bizi unutmusan nədi? – arxa sıralardan
kimsə qıĢqırdı.
Mən soyuducudan bir ĢüĢə də çıxardım və onu zalın
dərinliyindəki qaranlığa sarı atdım. Sonra daha bir neçə pivə
ĢüĢəsini tamaĢaçılara tərəf tolazladım. Əla tamaĢaçılar
|