www.vivo-book.com
366
67
– Nəsə içmək istəyirsən? – Marti məndən soruĢdu.
– Pivə içərəm, –mən cavab verdim.
– Mən isə “NeĢtər” istəyirəm, – Temmi dedi.
– Ona oturması üçün bir yer tap və kredit hesabı aç, –
mən Martiyə dedim.
– YaxĢı, ona bir yer taparıq. Bircə ayaq üstə durmaq
üçün yerlərimiz qalıb. Təxminən yüz əlli nəfəri geri
qaytarmalı olduq və bu sənin səhnəyə çıxmağından cəmi 30
dəqiqə əvvəl baĢ verib.
– Mən Çinaskini tamaĢaçılara təqdim eləmək istəyirəm,
– Temmi dedi.
– Sən etiraz eləmirsən ki? – Marti məndən soruĢdu.
– Yox.
Bu klubda Dinnki Sammerz adında cavan bir uĢaq öz
gitarası ilə çıxıĢ edir, tamaĢaçılar da sıxıb onun suyunu
çıxarırlar. Səkkiz il bundan əvvəl, Dinki qızıl disk mükafatı
almıĢdı, amma ondan sonra isə heç nə.
|