1
"XURAL" QƏZETİNİN BAŞ REDAKTORU ƏVƏZ ZEYNALLININ
BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ DEDİYİ
SON SÖZ VƏ VERDİYİ İFADƏ
DAXİLDİR:
“QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!” SON SÖZ səh. 1-17
ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏYƏ VERDİYİ İFADƏ səh. 18-54
“QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!”
AR CM-nin 306.2, 213.1, 311.3.2, 311.3.3, 311.3.4 maddələrilə ittiham olunaraq, həbsdə saxlanılan
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmədə etdiyi “Son Söz”ü təqdim edirik.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 19-da sabiq millət vəkili Gülər Əhmədovanın əsassız iddiaları
ilə həbs olunub. Hazırda özü haqqında CM-nin 178 və 307-ci maddələrilə cinayət işi açılan
G.Əhmədova isə 2013-cü il fevralın 13-də həbs olunub və Bakı İstintaq Təcridxanasında saxlanılır.
“... Hakimlərin qərar əllərində, hökm əllərindədir. Onların təkcə, Gülər Əhmədovaya, onun arxasında
dayananlara gücləri çatmır. Amma mənə gücləri çatır, bizə gücü çatır. Gülərəsə gücü çatmır, çatmaz.
Prokuror Ramazan Hadıyev gəlib orada oturar və 11 il iş oxuyar. Haradan? İndi mən deyəcəm haradan.
Gülər Əhmədova haqqında bir neçə kəlmə demək istəyirəm. İctimaiyyətin və mətbuatın nümayəndələri
də burada iştirak edirlər. Gülər Əhmədova turp kimi sapa-sağlamdır. Vəziyyəti lap əladır. Dünən onu
BİT-da görmüşəm. Xüsusi imtiyazlı şəraitdə saxlanılır. Orda da yağ içində böyrək kimi bəsləyirlər.
Hətta yolu da piyada getməyə qoymurlar, xüsusi maşında gətirib-aparırlar. Yəni onunla bağlı hər şey
qaydasındadır. O baxımdan, Gülər Əhmədovanın vəkillərinin bir gün “ölür, qulağının arxasında şiş
çıxır”, başqa gün, “beyni quruyur, şəkəri qalxır, təzyiqi oynayır” kimi bəyanatlarının arxasında 2 şey
dayana bilər – ya bu qadını mafiya öldürəcək, ya da yalançı xəstəlikləri bəhanə gətirib, onu azadlığa
buraxacaqlar. Mən bunu burada bir daha bəyan edirəm: G.Əhmədova ağrımır. Orada G.Əhmədovanı
həkimlər hər cür müayinədən keçiriblər. G.Əhmədovanın sağlığı yerindədir. Ömrü uzun olsun, bundan
sonra Allah onlara 100 il daha ömür versin ki, hər şeyi gözləri ilə görüb, talelərində yaşasınlar. Ona görə
də G.Əhmədovanın gündə bir çağırış etməsi, ardınca da vəkilinin bu çağırışları təkzib edərək, “Əvəz
Zeynallı bunları yuxuda görüb” deməsi, bu gün belə - məhkəmə günündə mətbuatda mesaj verməsi ki,
Gülər Əhmədova Əvəz Zeynallıya qarşı ifadə verməyəcək – bu şeylərin hamısı dərindən təhlil
olunmalıdır. Və bütün bunlar göründüyü qədər da sadə məsələlər deyil. Ona görə mən son ana qədər
israr etdim ki, Gülər Əhmədova məhkəməyə gətirilməlidir, yalnız o halda bütün qaranlıq məqamlara
2
aydınlıq gətirilə bilərdi. Gülər Əhmədova “Bizim Yol” qəzetinin müxbiri Natiq Cavadlıya müsahibə
verib və orada ən azı 10 dəfə israrla deyib ki, Əvəz Zeynallını mən tutdurmamışam, bu işdə mənim əlim
yoxdur. Xəbər göndərib ki, Əvəz Zeynallı, səni mən tutdurmamışam. Hamıya deyir ki, istəyirsiz, cinayət
işinə baxın, onu mən tutdurmamışam. Bizim bu hörmətli prokuror – bağışlayın ki, “hörmətli” dedim –
bizim bu prokuror ötən iclasda başdan-ayağa qədər, sicilləmə bir ittiham oxudu. 4 cildlik cinayət işinin
başından ayağınadək Gülər Əhmədova var və mən onun ittihamları ilə buradayam. Mətbuat da,
ictimaiyyət də, hakimlər də bilsinlər ki, hal-hazırda, bugünkü gün də Gülər Əhmədova mənim
məsələmlə Ramiz Mehdiyevi şantaj edir. Əvəz Zeynallı ilə Ramiz Mehdiyevi şantaj edir. “Bizim Yol”a
müsahibə verir ki, mən Ə.Zeynallının işində yoxam. Mənə başqa mənbələrlə xəbər göndərir ki, onu mən
tutdurmamışam. Mən məhkəməyə dəvət olunsam, hər şeyi danışa bilərəm. Buradan da vəkil deyir ki,
“Əvəz Zeynallı onu yuxuda görər”, “Gülər Əhmədova Əvəz Zeynallıya qarşı ifadə verməyəcək”. Gülər
Əhmədova bu böyük mütəşəkkil cinayətkar dəstənin “banderşa”sı, mafiya üzvü kimi, bu mafiyanı,
mafiyanın dədəsini Əvəz Zeynallı ilə təhdid edir. Onlara hədə-qorxu gəlir. Qəzetə müsahibəni verir,
xəbəri yuxarı göndərir, imtiyazını alır, bir müddət sakitləşir, sonra da yenə işə düşür. Mən Gülərin aldığı
nəfəsdən də xəbərdaram. Özüm də uşaq deyiləm ki, bütün bunları “sadəlövhlük” kimi qəbul edəm. Ona
görə bir daha deyirəm ki, Gülər Əhmədova Ramiz Mehdiyevi və o mütəşəkkil cinayətkar dəstəni Əvəz
Zeynallı ilə təhdid edir. Müsahibə verir, mesaj göndərir, cavab alandan sonra deyir, mənim dediklərimi o
yuxuda görüb, sonra da məhz məhkəmə günü yenə mesaj verir ki, Əvəz Zeynallıya qarşı ifadə
verməyəcəm. Bu ancaq bir mafiyanın oyunu ola bilər. Bu cür hərəkətlər mafiya yöntəmidir.
Hörmətli məhkəmə, mən burada hər zaman geniş çıxışlar etmişəm. Bir çox hadisələri əvvəlcədən
dəyərləndirmişəm. Mən məhkəmə başlayan ilk günlərdə demişəm ki,
Gülər Əhmədova, Ramiz Mehdiyev, Əli Həsənov, Vüqar Səfərli bu qəfəsə girəcəklər
Ona görə də çox şeyləri bir daha təkrarlamağa lüzum da
yoxdur. Mən indi “son söz”lə çıxış edəcəm və burada sübut
edəcəm ki, mən əslində bir mütəşəkkil cinayəkar dəstənin
maraq dairəsinə toxunduğum üçün onlar tərəfindən
quraşdırılmış, saxta ittihamlarla həbs olunmuşam. Məni başqa
yolla susdurmağı bacarmayanda, Güər Əhmədovanın şər və
böhtanı ilə açılmış cinayət işi ilə həbs etdilər. Əgər bu cinayət
işi istintaq və məhkəmə tərəfindən ədalətli araşdırılsaydı,
G.Əhmədova haqqında cinayət işi E.Abdullayevin (ABU
rektoru) məşhur videoseriallardan sonra deyil, ondan çox-çox
əvvəl, Əvəz Zeynallının işində baş verərdi. Bu işdə nəinki
G.Əhmədova, daha onlarla adam var idi ki, haqlarında
cinayət işi qaldırılmalı idi, amma nə istintaq, nə də məhkəmə
buna getmədi. Çünki maraqlar buna imkan vermirdi. Mən nə
üçün həbs olundum? Məni Ramiz Mehdiyev nə üçün həbs
etdirdi?
Mən Türkiyədə - Ankara Dövlət Universitetinin Hüquq fakultəsini bitirdikdən sonra – 1999-cu ildə
Azərbaycana qayıtdım. Hələ Türkiyədə olarkən, mən Azərbaycanın problemlərini, siyasi mənzərəsini
əks etdirən “Böyük Gələcək” dərgisinin təsisçisi olmuşam. Türkiyənin ən tanınmış siyasətçiləri,
prezidentləri, siyasi partiya liderləri informaiya blokadasında qalan Azərbaycan haqqında fikirlərini
məhz bu dərgi vasitəsilə çatdırırdılar. Azərbaycana qayırdıqdan sonra mənim problemlərim başladı. Bu
gün Ramazan Hadıyev haqqımda qaldırılmış cinayət işini ağırlaşdıraraq- “residiv” yaratmaq istəyir. Elə
həftə olub ki, mənə qarşı qaldırılan CM-nin 147-ci maddəsilə biz bir neçə məhkəmə prosesinin
iştirakçısı olmuşuq. Guya hüquq təhsili alan bu prokuror hələ də bilmir ki, 147-ci maddə “residiv”
yaratmır. Mən jurnalistlik fəaliyyətimin cinayət olduğunu da bu prokurordan eşitdim. Heç adam
öldürənlərə, dövlətin malını dağıdanlara, insan alverilə məşğul olanlara, dövlətin təməlini dağıdanlara
qarşı bu cür ağırlaşdırıcı maddələr qoşulmur. Bu prokurora qiymət yazıb, kursdan-kursa keçirən
müəllimlərin barmaqları qurusun!
Mən “Xural” qəzetini 2002-ci ildə təsis etdim və oktyabrın 6-da qəzetin ilk sayı nəşr olundu. Bizim btün
fəaliyyətimiz, yaşadıqlarımız, gördüklərmiz, eşitdiklərimiz, əldə etdiyimiz bütün məlumatlar anbaan
“Xural” qəzetinin səhifələrində var. Nəyimiz var idisə, hər şeyimizi cəmiyyətlə paylaşmışıq.
3
KIŞI KIMI MÜBARIZƏ APARMIŞIQ, HEÇ KƏSIN ARXASINDA GIZLƏNMƏMIŞIK
Nə də yazmışıq, onun audiosu və videosu da ortada olub. Əslində hansı gün başımıza nə gəlibsə, onu
qəzetdə yazmışıq. Ona görə də bizi araşdırmaq üçün məni həbs etməyə ehtiyac yox idi. Elə qəzeti
oxumaq yetərli idi. Amma yox. Bizdə hər şey tamam fərqlidir. Söz davası aparmaq qabiliyyətində
olmayan mütəşəkkil cinayətkar dəstə, bandit kimi məni həbs elədi, bandit kimi evimdə, redaksiyamda,
maşınımda axtarış apardı, bandit kimi hər şeyimi apardılar. Heç bu gün də bilmirəm ki, mənim mobil
telefonlarım haradadır?
Məhkəmənin diqqətinə “Xural”ın 8-15 may 2011-ci il tarixli sayını təqdim edirəm. İkinci səhifəyə
diqqət edin. Biz bu səhifədə “Xural”dan əlinizi çəkin!” adlı kampaniyamız barəsində məlumat var.
Mətbuat konfarsı keçirərək, bu kampaniya barəsində cəmiyyətə məlumat vermişik. Ortaya da qapağı
deşilmiş 3 kq-lıq banka qoymuşuq. Kampaniyaya “500 Böyük Oxucu” cəlb etməyə başlamışıq ki, bizi
Ramiz Mehdiyevin əlindən alsınlar. Söhbət 2011-ci ilin may ayından gedir. Ramiz Mehdiyev bizi 2010-
cu ilin iyun ayında artıq məhkəməyə vermişdi. Burada da yazmışıq, kampaniya kimlərin məhkəmə
cərimələrini ödəmək üçün keçirilir - Ramiz Mehdiyevin, Vüqar Səfərlinin, Ağabəy Əsgərovun və
Nüşabə Ələsgərlinin. Bizi bu adamların iddiası ilə susdurmaq istəyirdilər, biz də oxucularımıza müraciət
etmişdik ki, bizi bunların əlindən alın! O vaxt ATƏT-in Söz və Media azadlığı üzrə xüsusi
nümayəndəsi Dunya Myatoviç Azərbaycana gəlmişdi və biz onunla görüşdük. Mən ona da dedim ki,
R.Mehdiyev bizi susdurmaq üçün bütün vasitələrə əl atır. Dunya Myatoviç də o zaman bildirdi ki,
“Xural”ın məsələsi onların da diqqətindədir və biz bu məsələni ölkənin prezidenti İlham Əliyevə
çatdıracağıq. Mən mətbuat konfransından qayıtdığım yarım saat müddətində icraçılar artıq redaksiyanı
mühasirəyə almışdılar. Gəldilər və birinci dəfə əmlakımız o zaman siyahıya alındı – mayın 15-də. Ramiz
Mehdiyevin “Xural”ın başına açdığı oyunları “Xural”da günbəgün, anbaan əks olunub. 15-21 may 2011-
ci il tarixli sayımızın manşeti bu cür nəşr olundu – “Ramiz Mehdiyev azad sözü boğur! Etiraz edirik!”
Biz bu manşetlə dərc olunanda Gülər Əhmədovanın nəfəsindən belə xəbərimiz yox idi. Prokuror sübut
istəyir? Bu adam məni ifşa etdiyini deyir? İfşa belə olur, Ramazan Hadıyev! Həmin sayımızda yazıram,
“Eheyyy, Azərbaycan dövlətinin prezidenti, Ramiz Mehdiyev bizi boğur!” Daha kimə səslənə bilərdim
ki? Həmin məqalədə yazıram: “Həşəmətli Ramiz Mehdiyev, nə yeyir, nə içir, harada qalır hikkəsilə bizi
yoxlamaq qərarına gəlib. Mənə öz iş otağında R.Mehdiyevin o baş, bu başa var-gəl edərək, bu adam nə
yeyir, nə içir deyə bağırdığını dedilər. İşə bir bax. Bütün Azərbaycanı öz şəxsi malına çevirənlər,
evlərinə vertolyotla enənlər, bizim başımızı soxacağımız bir daxmamızın olmasını istəmirlər. Ölkənin ən
müxtəlif yerlərində Ramiz Mehdiyevin onlarla villası var ki, hər birinin dəyəri ən azı 1 milyon
4
dollardır.” Mən jurnalistəm və görürəm ki, artıq bu adam heç nəyə baxmadan, müstəqil mətbuat
anlayışına varmadan üzərimizə gəlir. Çıxış yolu axtarıram. Azərbaycanın çox azlıqda qalan müstəqil
qələm əhlinə müraciət edirəm – “bəlkə etiraz səsimizi qaldıraq. Ölkənin ən qüdrətli fiquru olan Ramiz
Mehdiyev dövlətin bütün arsenalını üzərimə salır. Hələ məni nələrin gözlədiyini də bilmirəm”. Amma
buradan bütün dünyaya, Azərbaycana üzümü tutub 15 may 2011-ci ildə yazıram – “yanımdan ötən yelin,
dırnağıma toxunan daşın da məsuliyyəti Ramiz Mehdiyevin üzərindədir. Mənim ailəmin, yaxınlarımın,
kollektivimin, dostlarımın birinin başından bir tük əksik olsa, Ramiz Mehdiyevdən və onun qan qoxuyan
komandsından biləcəyəm”. Sonda da, təbii olaraq yazıram ki, “Mən R.Mehdiyevdən, onun
komandasından qorxmuram! Hamı görəcək, hər şeyi də biləcək”. Hamı gördü də, hər şeyi də yaxşı bildi
ki, bu adam hansı işlərlə məşğul olurmuş. Bu yazdıqlarım da tarixdir və əminəm ki, bütün bunları bir
gün siz burada onun özünə oxuyacaqsınız. Gülməyin. O komandanın bütün üzvlərinin cinayət işlərini
məhz sizə verəcəklər, hökmü də siz burada oxuyacaqsınız. Mən də həmin məhkəmələrdə iştirak
edəcəyəm. Bu minvalla hadisələr cərəyan etməyə başladı. 2011-ci ilin iyunun 25-də biz bu cinayətkar
şəbəkənin ən əsas adamlarından biri olan Əli Həsənovun bütün fəaliyətilə bağlı araşdırma yazılar dərc
elədik. Artıq iyulun 25-də üzərimizə saxta ittihamlarla qoyulan məhkəmə qərararı icraata yönləndirildi.
ƏLI HƏSƏNOV ƏVƏZ ZEYNALLININ HƏBS OLUNMASININ
ƏSAS SƏBƏBKARLARINDAN BIRIDIR
Əli Həsənovun oğlu Şamxal Həsənov dövlət büdcəsindən
yerli seriallar çəkilişi üçün avadanlıqların alınmasına ayrılan
10 milyon manatı mənimsəyib, qəpik-quruşa aldığı
avadanlıqları da indi bütün telekanallara pulla icarəyə verir.
Dövlətin malını dövlətə satırlar bu adamlar. Korrupsiya bəs
nədir? Əli Həsənov, korrupsiya 10 milyon manatı adamın öz
oğluna yedirməsidir. Biz nə edirdik ki? Biz yazırdıq. Bizim
yazmağımız da bunların cinayəti rahat-rahat həyata
keçirmələrinə mane olurdu. Biz korrupsiya və rüşvətxorluqla
mübarizə aparırdıq, bunlar öz cinayətlərini səlahiyyət və
nüfuzlarından istifadə edərək, bizə yazmağa çalışdılar.
Amma alınmadı. Heç bir il keçmədi ki, artıq bütün cinayətləri ortadadır.
Sürətlə üzərimizdəki təzyiqlər artmağa başladı. Ramiz Mehdiyevin, Vüqar Səfərlinin məhkəmə
qərarlarını icraata yönəltdilər. 2011-ci il iyulun 28-də “Xural”a qarşı olan 4 məhkəmə qərarının icraatını
bir işdə birləşdirdilər. Başda Ramiz Mehdiyevin işi olmaqla. Bütün cinayət işində - dəfələrlə bu barədə
fikrimi bildirmişəm, vəsatətlərimi qaldırmışam, bu məsuliyyəti hər kəs daşıyacaq. CM-nin 306-cı
maddəsilə bağlı olan bütün təqdimatlar, sənədlər saxtalaşdırılıb. Ramiz Mehdiyevin adını həmin
siyahıdan çıxarmaq üçün qalan bütün işlər birləşdirilib və saxtalaşdırılıb. Digər məhkəmə qərarlarından
Ramiz Mehdiyevə aid olan işi çıxardılar. Niyə bunu elədilər? Ramiz Mehdiyev bizim işimizdə əsas
tələbkardır. Çünki, bizim ona olan 10 min manatlıq məhkəmə cəriməsinin borcu var. Əgər Ramiz
Mehdiyev əsas tələbkar kimi tanınsaydı, o zaman o da bu məhkəməyə gəlməli idi. Gülər kimi...
Gəlmədi. Qanunlara hörmət eləmədi. Qanunlara başdan-ayağa qədər tüpürdü. Özlərinin yaratdıqları
qanunlara qarşı sayğısızlıqlarını göstərdilər. Özünə sığışdırmadı ki, necə məhkəməyə zərərçəkmiş
qismində gəlib, Əvəz Zeynallının qabağında çıxış edə bilər? Bu qədər miskin bir hal var ortada.
2011-ci ilin 19 oktyabrında bizə qarşı növbəti müsadirə qərarı baş verdi. Nərimanov rayon
Məhkəməsinin hakimi Sevinc Quliyeva hakimlik şərəfinə layiq olmayan tərzdə ardıcıl qərarlar verməyə
başladı. İndi onu hakimlikdən də qovublar. Məhkəmə Hüquq Şurası işində buraxdığı nöqsanlara görə,
Sevinc Quliyevanı tutduğu vəzifədən uzaqlaşdırıb. Həmin Sevinc Quliyevadır ki, “Xural”a və mənə
qarşı olan bütün idbar və sifarişli qərarları o verdi. Nüşabə Ələsgərliyə verə bilmədiyimiz 100 manat
müqabilində bizi 3 min manat cərimələndirdi. Müsadirə qərarını verən də odur, axtarış qərarını çıxaran
da odur. Milləti istehsal etdiyi viruslu pivələrlə zəhərləyən “Bakı-Baltika” MMC-nin başçısı Adam
Tlexurayın qəzetə qarşı qaldırdığı iddianı, heç bir araşdırma aparmadan 50 min manat cərimələdən də
odur.
Oktyabrın 19-da bizə qarşı bu təzyiqlər başlayanda Gülər Əhmədovada xəbər belə yox idi. Oktyabrın
20-də yenə mənim heç nədən, cinayət işinin açılmasından belə xəbərim yox idi. Maraqlı tərəfəm. Mənə
bu haqda xəbər verməli idilər, ya yox? Mən həbs olunan günə qədər mənə bu haqda heç bir məlumat
5
verilməyib. Bu işin hələ bir qanunsuz tərəfidir. Açın baxın. O cinayət işinin hər bir səhifəsi
qanunsuzdur. Bu cinayət işində, ən azı 15 nəfər həbs olunmalı, içəri girməlidir. Zaman-zaman da
hamısının yeri buradır. Qanun elə ali bir şeydir ki, adam ölsə belə o dünyada yaxasından tutub, bura
gətirir. 5 gün, 10 ay, lap 20 il qaçmaq olar bu işdən, amma əvvəl-axır cinayətin sonu yoxdur. Əvvəl-axır
bu adamlar törətdikləri cinayətlərə görə, qanun qarşısında cavab verəcəklər.
Oktyabrın 20-də Ədliyyə Nazirliyi rəsmi məlumat verdi ki, haqqımızda CM-nin 306.2 maddəsilə cinayət
işi açılıb. Təbii ki, bu addımı atdığı üçün biz Ədliyyə Nazirliyini məhkəməyə verə bilməmişik, çünki, bu
ölkənin məhkəmələri mətbuat orqanlarının Ədliyyə nazirliyinə qarşı olan iddialarını icraata götürmür.
Ədliyyə nazirliyi yekə səhv edərək, bizi “cinayətkar” adlandırıb. 306.2 maddəsilə cinayət işi açılandan
sonra, bizə qarşı olan 3 işi onun ətrafında birləşdirdilər – Vüqar Səfərlinin, Ağabəy Əsgərovun, Nüşabə
Ələsgərlinin... Ağabəy Əsgərovla bizim heç bir problemimiz yoxdur. Məhkəmə tərəfindən təsdiqlənən
təkzibini dərc etmişik, 1000 manatlıq cərimənin də bizim üzərimizə düşən 670 manatını ödəmişik. 330
manat məqalənin müəllifinin öhdəsinə düşürdü, onu da tapmadıqları üçün cəriməni biz ödəməkdən
imtina etməmişdik. Nüşabə Ələsgərlinin 200 manat cəriməsini ödəmişik. Vüqar Səfərlinin də məhkəmə
qərarı yenidən qüvvəyə mindiyi üçün onun da ödəməsinə başlayırdıq. V.Səfərli də, N.Ələsgərli də,
A.Əsgərov da çıxışlarında dəfələrlə vurğuladılar ki, bizim Əvəz Zeynallını tutdurmaq niyyətimiz
olmayıb, biz məsələnin böyüyəcəyini bu qədər gözləmirdik və s. Onların dediklərindən ümumi rəy
aydınlaşdı ki, onların heç biri məsələnin mənim həbsimlə bitəcəyini gözləməyiblər. Niyə? Çünki
Azərbaycan mətbuatında yazılmamış qayda var. Çox qəzetlərin bu gün də məhkəmələr tərəfindən
kəsilmiş külli miqdarda cərimələri var. Bu cərimələrə görə heç bir zaman heç bir baş redaktoru həbs
etməyiblər. Cərimələrə görə qəzeti bağlamırlar da. Hələ-hələ üstəlik A.Əsgərov, V.Səfərli, N.Ələsgərli
burada dedilər ki, bizim ortaq dostlarımız var, münasibətlərin də gərginləşməsini istəməyiblər. Mən bu
məsələnin də açıqlamasını vermişəm ki, hər 3 şəxs birbaşa PA-nın şöbə müdiri Əli Həsənovun tapşırığı
ilə bura gəliblər. A.Əsgərov “Azərbaycan” nəşriyyatının direktorudur, dəfələrlə barışıq imkanlarımız
olub, ən azından məhkəmənin razılaşdığı təkzibi dərc etmişik, cəriməsinin 4 dən 3-nü ödəmişik,
A.Əsgərov ən son anda barışıqdan imtina edib. Ə.Həsənovun “Xural”a və mənə qarşı olan qəzəb və kini
onun kuratorluğunda olan bu dövlət qurumunun müstəqil addım atmasına imkan verməzdi. Biz onu da
yazmışdıq ki, Əli Həsənov “Azərbaycan” nəşriyyatını necə darmadağın edib. Rəsmən dövlətin əmlakı
olan bu qurumu satın alıb. Ə.Həsənova məxsus “Kaspi”mərkəzi oradadır, qızıl, çörək sexləri, özəl
nəşriyyat, daha insan ağlına nə gəlirsə, Ə.Həsənov orada icarəyə verib, hər ay haqqını alır. Biz belə də
yazmışdıq – “Əli Həsənov adına Mətbuat prospekti”. Çünki, adı nəşriyyat olsa da bu binada mətbuat və
nəşrlərdən başqa istənilən biznes sahəsinə yer verilib. Qapıdan içəri girən kimi də tualetin qoxusundan
adamın başı çatlayır. Biz də yazmışıq ki, dövlətdən sizə milyonlarla manat pul ayrılır, heç olmasa buranı
təmir etdirin də... Söhbət mətbuatdan gedir axı, Allah qoymasa jurnalistlər cəmiyyətin elitar təbəqəsinə
məxsus insanlardır axı... Onlarla necə heyvan şəklində davranmaq olar?
V.Səfərli ilə də eyni qaydada... Mən həbs olunan zaman V.Səfərli ilə işimiz hələ məhkəmədə idi. Biz
məhkəmənin qərarını gözləmədən V.Səfərliyə necə pul ödəyə bilərdik ki? O işlərin hamısının da yazılı
izahatı var ki, istənilən zaman biz həmin pulları ödəyə bilərik. Banka qoyub, oxucudan 10 manatdan pul
yığırdıq. Mən məhkəmə qərarı olmadan V.Səfərliyə necə 5 min manat ödəyə bilərdim? Bunun da öz
qaydası, qanunu var. Ağabəy Əsgərov da üstümüzə dirəndi, onun pulunu ödədik. Nüşabə Ələsgərli 200
manat üçün dirəndi, ödədik. Yaxşı biz bunu hissə-hissə ödəməkdən imtina etmirdik ki? Nə vaxt görünüb
ki, 306.2 ilə - prokuror 3 il oxumuşdu – bir jurnalisti 3 il müddətinə azadlıqdan məhrum etmək olar?
306.2 maddısindəki sanksiya budur: 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 min manatdan 6 min manatadək
cərimə və ya 2 ilədək müddətə islah işləri və ya... ən sonda 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə.
Prokuror bu maddə üçün 3 il azadlıqdan məhrumetmə cəzasını istədi. 306.2 maddəsilə Azərbaycanda
hansısa baş redaktor həbs edilibmi? İndiyədək tutulmayıb. Bizim bu “gülməşəkər prokuror” bütün
alternativ variantları bir tərəfə qoyub, 306.2 ilə olmayan, görünməyən həddə 3 il iş istədi. Bunu kəsdiyi
11 ildən 3 ili çıxanda neçəsi qalır? 8 ili... 306.2 ilə Əvəz Zeynallıya bir gün belə cəza düşmür. Cərimələr
ödənilib, təkzib verilib, izahatlar vaxtında təqdim olunub. Bura Ədliyyə nazirliyinin 6 icra
nüçmayəndəsi gəldi, hamısı da bir-birindən xəbərsiz, mətni eyni olan sənədə imza atıblar. Onlardan 2-si
ümumiyyətlə məni tanımadı. Belə qərəzmi olar? Belə qanunsuzluqmu olar? Bütün cinayət işində onlarla
saxta sənədlər var ki, onların hamısını sizə təqdim etmişəm. 306.2 ilə bizim sizinlə problemimiz yoxdur.
Hələ onu demirəm ki, bu maddənin Agır Cinayətlərlə heç bir əlaqəsi yoxdur. Hələ onu da demirəm ki,
bu maddəni ağırlaşdırmaq üçün 311-i icad edib, buna necə yapışdırmısınız.
6
BU TORBANIN TIKILMƏSINDƏ ƏSAS ROLU ƏLI HƏSƏNOV OYNAYIB
Təbii ki, Ramiz Mehdiyevin tapşırığı ilə...
Onlar 306.2 ilə eyni qaydada dərk edirdilər ki, məni bu maddə ilə
həbs etmək mümkün olmayacaq. O zaman Gülər Əhmədovanı
dövriyyəyə saldılar. 311.3.3, 311.3.4 maddələri – hədə-qorxu ilə
rüşvət tələb etmə maddələri işə salınır. Bu maddələrin əslində hansı
məna kəsb etdiyini hamı bilir – Azərbaycan mətbuatı da, siz də, mən
də... Hətta bütün insani duyğularını itirən bu prokuror da bilir. Hamı
çoz gözəl bilir ki, bu işdə 311.3.3, 311.3.4 yoxdur! Yoxdur! Ortada
hədə-qorxu yoxdur! Pul tələbi yoxdur! 10 min manatı Əvəz Zeynallı
tələb eləməyib, 10 min söhbəti ümumiyyətlə, olmayıb. 10 min manat
söhbəti Mehdiyevin aparatında, Əli Həsənovun iş kabinetində ortaya
çıxan bir məsələdir. Ramiz Mehdiyev Əvəz Zeynallını məhkəməyə verib, 10 min manat tələb edir.
Vüqar Səfərli məhkəməyə gedib, 10 min manatlıq iddia qaldırır, Gülər Əhmədova da bu tərəfdən deyir
ki, 10 min manat rüşvət istəyib. Bizim “taksa”mız Əli Həsənovun otağında 10 min manatdır. Hər şey 10
min manatla planlaşdırılıb. O danışıq təqdim olunduğu kimi deyil. Gülər Əhmədova 2011-ci il 16
noyabrda “Yeni Müsavat” qəzetində müsahibə verəndə, özünü silkələyə-silkələyə deyirdi ki, mən
getdim, mən onun səsini yazdım, ona dedim ki, yerində otur, əlimdə səsini yazdığım disk var. İndi
G.Əhmədova vəkillərilə, hətta Qurban Məmmədovla özünə haqq qazandırmağa çalışır ki, Elşad
Abdullayevin videogörüntüsü olan korrupsiya faktı ilə Güləri tutmaq olmaz. Niyə? Çünki Elşad qeyri-
qanuni olaraq, Gülərin icazəsi olmadan onun görüntüsünü lentə alıb. Məhkəmə prosesi zamanı
G.Əhmədovanın 4 şahidi bura gəldi. Onların dördü də söhbətin nədən getdiyini izah edə bilmədilər. Elə
dedilər ki, eşitdim Gülər bunu dedi, onu dedi. Zaur Mirzə dedi ki, mən heç nə bilmirəm. Nə danışıblarsa,
onu demişəm. Oğlu Toğrul Əhmədov da dedi ki, hansı yazılardan və anonslardan söhbətin getdiyini
bilmirəm. Onun bu məhkəmədə etdiyi çıxışın stenoqrammı var. Siz onu çözələmək istəməzsiniz, amma
bizdə onun səs yazısı var. Mən burada Toğrula dəfələrlə israrla dedim ki, sən düzünü danış.
Dostları ilə paylaş: |