"DEYƏSƏN, GÜLƏR SƏSIMI YAZMAĞA GƏLMIŞDI..."
Zatən həmkarlarım Gülərin verilən anonsla
bağlı yanıma gəldiyini bilirdilər. Beləcə,
Güləri birtəhər başımdan edib redaksiyadan
çıxarandan təxminən beş dəqiqə sonra ən azı
beş nəfərə onun səsimi yazmasından və məni
şantaj etməyə gəldiyindən bəhs etdim. Bir, ya
iki gün keçmədi ki, mənə informasiya daxil
oldu ki, mənim ətrafımda ciddi oyunlar
hazırlanır. Mənə konkret məlum oldu ki, bu
oyunların bir parçası da Gülərdi. Mən zatən
bunu təxmin eləmişdim.
Bir həftə keçdi. Bu həftə müddətində
G.Əhmədova ölkənin müxtəlif ranqlı tanınmış adamları vasitəsi ilə mənə telefon etdirir, haqqındakı
yazı-xəbər, müsahibənin dərcinin dayandırılmasını xahiş edirdi. Heç kimin telefonunu götürmədim və
Gülərlə görüşməməyə qərar verdim. Gülərin telefon zəngləri növbəti cümə günü yenidən başladı və mən
təkcə cavab verməməklə kifayətlənmədim, eyni zamanda əməkdaşlarıma və mənə yaxın olan adamlara
da Gülərdən və onun zənglərindən uzaq olmağı tapşırdım. Hamıya açıq-açıq xəbərdarlıq etdim:
"Gülərdən ehtiyatlı olun. Biz hakimiyyətin qurduğu əməliyyatın içindəyik. Hər an baş verə biləcək
hadisələrdən məni xəbərdar edin." Bu qadın tam çılpaqlığı ilə başını itirmişdi. Dalbadal mənə mesajlar
yazır, redaksiyaya gəlmək istədiyini bildirir, mənə qızıl dəstini verə biləcəyini söyləyir, avtomobilinin
sənədlərini girov qoyacağını, özünün danışıb özünün müəyyənləşdirdiyi hansısa məbləğ pulu mənə
vermək üçün vaxt istəyirdi. Yeganə qərar o idi ki, bu qadına heç bir cavab verməyim və vermədim də.
Elə bu məqamda mənə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu zəng elədi. Təbii ki, onun
telefonunu götürdüm. Rauf bəy Gülərin ondan xahiş elədiyini və onu qəbul etməyimi rica etdi. İlkin
olaraq telefonunu götürməyimi xahiş etdi. Həmkarımın sözünü yerə salmadım və Gülərlə danışdım.
Telefonu açan kimi eyni sözləri təkrar etdi və yenə Güləri birtəhər yola verəsi oldum. "Xural"ın
gündəlik nəşrə hazırlaşdığı məqamda informasiya aldım ki, Əli Həsənov Ramiz Mehdiyevin xeyir-duası
ilə Gülərdən və onun yazdırdığı səsimdən istifadə planları qurub. Zatən KİVDF və MŞ artıq "Xural"a
hücuma keçmişdi. Vüqar Səfərli 5.000 manatı icraya yönəltmiş, MŞ "Xural"ı "qara siyahı"ya salmışdı.
Mən hər zaman Əli Həsənovun planlarını alt-üst etmişəm. İndi də etdim və sentyabrın 18-də Gülərin
məni şantaj etdiyini cəmiyyətə açıqladım.
Gülər Əhmədova şantaj edir!
Həbsimdən düz 42 gün əvvəl Gülərin yanıma gəldiyini, məni pul verməklə şantaj etdiyini, hakimiyyətin
məni Gülər vasitəsilə həbs eləmək planlarının olduğunu açıqladım. Həm "Xural", həm də "Azadlıq"
qəzetlərində bu məsələ ilə bağlı açıqlamam, müsahibəm yayımlandı və çox keçmədən Əli Həsənovun
himayəsində olan "Olaylar" qəzeti və eyniadlı agentliyi Gülərin mənə cavablarını dərc etdi. Gülər
mənim yanıma gəlməyini sərt bir dillə inkar etdi. Hətta G.Əhmədova mənim psixoloqa ehtiyacım
olduğunu bildirdi (Mən çox sonra Gülərlə Elşad Abdullayevin videoçarx məsələsindən öyrəndim ki, o,
həm də BDU-da psixologiyadan dərs deyirmiş.) Prokurorluq və hüquq mühafizə orqanları KİV-də
yazılan bu yazılardan sonra dərhal hərəkətə keçməli ikən, bunu etmədilər və R.Mehdiyevin şəbəkəsi
30
beləcə məni şərləyib həbs etdirdi. Halbuki bir daha vurğulayıram, mən bu şantaj haqqında nə az, nə də
çox, düz 42 gün əvvəl ictimaiyyəti məlumatlandırmışdım.
311.3.3 VƏ 311.3.4-CÜ MADDƏLƏR DƏ YETMƏDI
KQMİ G.Əhmədovanın şəri və ərizəsi ilə, eyni zamanda saxta yolla əldə olunmuş qeyri-qanuni səs
yazısını əsas götürərək məni həbs etsə və haqqımda CM-nin ən ağır maddəsi ilə cinayət işi qaldırsa da,
eyni ilə 306.2-ci maddədə olduğu kimi iddianın şər-şəbədə olduğunu hamıdan gözəl özləri bilirdilər.
Məni həbs etmişdilər, haqqımda 311.3.3 və 311.3.4-cü maddələrlə saxta və siyasi ittiham elan
etmişdilər, amma dəqiq bilirdilər ki, bu ittiham absurddur. Və mən onları bu ittihamın altında basıb dəfn
edəcəyəm. Rahat deyildilər və əlavə ittiham elan etməli idilər.
BAX 311.3.2-CI MADDƏ BELƏ ÇIXDI
311.3.3 və 311.3.4-cü maddələrdən bir kar aşmayacağını gözəl başa düşən istintaq R.Mehdiyev və
Ə.Həsənov şəbəkəsinin istəklərinə boyun əyərək həbsimdən bir həftə keçmədi ki, mənə 311.3.2-ci
maddə ilə (təkrar rüşvət alma) yeni ittiham elan etdilər. 2007-2008-ci illərin ağrısı, "modelyer"
göndərdikləri günlərin acısı, otağıma dinləmə qurğusu quraşdırdıqları günlərin xiffəti hələ qalmışdı. O
təcrübədən çıxış edirdilər və üzümə 2007- 2008-ci illərdə, hətta daha gerilərdə, 2005-2006-cı illərdə
məhkəmələrimiz olan və yekunlaşan adamlar qoyulurdu. Elə adamlar ki, mən onlarla təxminən elə 5-6
ildir ki, görüşmürəm. Bunların içində normal münasibətim olanlar da, həmkəndlilərim və uzaqdan-
yaxından qohumluq münasibətlərində olduğumuz adamlar da vardı. Bu dəfə öz hesablarınca "yaxşı"
işləmişdilər. Məni tanıdığım adamlar tərəfindən vururdular. Bu Əli Həsənovun həyatının ən iblisanə
qərarlarından biri idi. Mən onun bəlkə də bütün həyatının ən böyük oyunu olmalı idim. Amma olmadı.
Beləliklə, Akif Məmmədov, Aydın Heydərov və Sabir Tarverdiyev absurd və olmayan iddialarla üzümə
qoyuldular. Guya ki, mən onlardan nə zamansa rüşvət tələb etmişəm. Nə zaman? 2006-2007-2008-ci
illərdə! Bəs bu illərdə bu adamlar harada idilər?
RAMIZ MEHDIYEVLƏ ƏLI HƏSƏNOVUN ŞAHIDLƏRI
Mənim həbsimin əsas memarı PA rəhbəri R.Mehdiyevdir. Yalnız o məni məhkəməyə verəndən və
cərimələdəndən sonra bu ssenari işə düşüb. Əsas sifarişçi də odur. R.Mehdiyevin sifarişini Əli Həsənov
icra edib və onun memarı olduğu cinayət işini o "tikib". Ona görə də zərərçəkənlər və üzəduranlar
arasında tək bircə nəfər də yoxdur ki R.Mehdiyev və Əli Həsənov dəstəsindən kənar olsun. Baş
zərərçəkən R.Mehdiyevin özüdür. 10.000 manat tələbi ilə "Xural"ı müsadirə etdirən, tifaqımızı dağıdan
da odur. Sadəcə, Ədliyyə Nazirliyinin açdığı cinayət işindən R.Mehdiyevin adı çıxarıldı. Çünki
zərərçəkən qismində tanınsa R.Mehdiyev istintaqa ifadə verməli və məhkəmə proseslərində iştirak edib
şəxsən üzümə durmalı idi. Bunu şəstinə sığışdırmadı və Azərbaycan qanunlarına hörmət eləmədi. Məni
məhkəməyə verən, cərimələdən R.Mehdiyev məni öz rəhbərliyində olan idarə tərəfindən də həbs etdirdi.
KQMİ birbaşa R.Mehdiyevə tabedir və məndə olan informasiyalara görə, ilk əvvəl bunu etmək
istəməyiblər və deputatı başqa qurumlara göndəriblər. Sadəcə, digər hüquq mühafizə orqanları bu həbsi
həyata keçirib öz reputasiyalarını korlamaq istəməyiblər. Belə olan halda bütün "zərərçəkən" və
"şahid"lərin də R.Mehdiyevin adamları olması təbiidir... Elə deyilmi?
"Zərərçəkən"lərdən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və Ağabəy Əsgərov birbaşa Əli
Həsənovun kurasiyasındadır. Hətta 2008-ci ildəki məhkəməmiz dövründə A.Əsgərovla bütün
mərhələlərdə anlaşıb barışsaq da, birbaşa A.Əsgərova telefon açan Ə.Həsənov buna maneçilik etmişdi.
Yalnız bundan sonra razılaşdırılmış təkzib mətnini dərc etsək də, A.Əsgərov yenidən cığallığa
başlamışdı. Vüqar Səfərlini isə ictimaiyyət o qədər Əli Həsənovun adamı bilir ki, hətta ona "Əli
Həsənovun əl telefonu" deyənlər də var. Əli Həsənovla Vüqar Səfərli KİVDF-ni şirkət kimi işlədirlər.
Prezidentin yaratdığı bu qurum müstəqil mətbuata kömək etməli ikən, tam korrupsiya bataqlığında
boğulur. Dövlət büdcəsindən ayrılan pulun tam yarısı Vüqarla Əlinin cibinə gedir. Bizim bu haqda
silsilə yazı-araşdırmalarımız olub. V.Səfərli ilə Əli Həsənovu digər ticarət sahələri də bağlayır. Onlar
birlikdə ev - bina tikintisi ilə məşğul olurlar və ticari maraqları var.
31
Nüşabə Ələsgərli adlı müğənni də digər müğənnilər kimi bunların himayəsindədir. Onu bu işə
Ə.Həsənov "Xəmsə" restoranının sahibi Mürvət Həsənlinin əli ilə qoşub.
Şahidlərə gəlincə, G.Əhmədova məsələsi artıq bütün dünyaya aydındır. Amma bütün dünyaya aydın
olmamışdan mən bilir və hayqırırdım ki, bu deputat R.Mehdiyevin siyahısından təyin olunub parlamentə
və onun tapşırığı ilə üzümə durub. Zaman göstərdi ki, G.Əhmədova təkcə R.Mehdiyevin dəstəsində yer
almaqla kifayətlənməyib, o, həm də R.Mehdiyevin adından deputat kreslosunu satan və onların pulunu
torbalara yığıb ona - R.Mehdiyevə gətirən, rüşvətdaşıyandır. Yəni Gülər R.Mehdiyevə o dərəcədə yaxın
adamdır ki, onun adından ciddi dövlət vəzifələrini satışa çıxarmaq, ona qiymət qoymaq, o pulu almaq və
gətirmək səlahiyyətləri var və bunu tək də eləmir. Məşhur videoda görünür ki, o, bunu R.Mehdiyevin
qızı və kürəkəni ilə birlikdə edir. O da məlumdur ki, G.Əhmədova BDU-da psixologiya kafedrasında
dərs deyir və R.Mehdiyevin qızı orada onun müdirəsidir. Gülərin qəzetinin və sahib olduğu informasiya
resurslarının isə Mehdiyevə aid olduğunu və Əli Həsənovun kuratorluğunda fəaliyyət göstərdiyini isə
deməyə ehtiyac yoxdur. Mən onun qəzetinin Mehdiyevin təsisçiliyində fəaliyyət göstərdiyini 2011-ci
ilin sentyabr ayından yazmışam və həmin cədvəli məhkəməyə də təqdim etmişəm.
Yəni bu cinayət işində G.Əhmədova təsadüfi seçilmiş adama oxşamır. O birbaşa R.Mehdiyevin və
Ə.Həsənovun tapşırığı ilə hərəkət edib. İstintaqın qərar verməsinə baxmayaraq Gülərin telefonuna
gələn-gedən zənglərin siyahısı çıxarılmayıb. SMS məzmunları götürülməyib. Dəfələrlə vəsatətlər
verməyimə baxmayaraq, məhkəmə bunu etmədi. Elə olsaydı, Gülərin R.Mehdiyev və Ə.Həsənovla bu
məsələdə necə birgə fəaliyyət göstərdikləri üzə çıxa bilərdi. Nə istintaq, nə də məhkəmə buna maraqlı
olmadı. Çünki həm istintaq, həm də məhkəmə R.Mehdiyevin adı çəkiləndə nəfəs almaqdan belə
çəkinirlər. Hər nə işdirsə, bu ölkədə İlham Əliyevdən daha çox R.Mehdiyevdən qorxurlar və mən bu
fakta mətbu fəaliyyətim dövründə də rast gəlmişdim. Bəlkə bu, həm də ona görədir ki, Gülər və bu dəstə
adam oğurluğunda da ittiham olunurlar? Bu haqda hələlik bir söz deyə bilmərəm.
Hətta bəzən mənə elə gəlir ki, Gülərin mənimlə normal münasibət yaratması da xüsusi plan daxilində
olub. Redaksiyaya elə qəribə adamlar gəlib və az qala onlarla niyə dostluq eləmək istəmədiyim üçün
mənimlə davaya çıxanlar olub ki, biz onları "Xural"dan zorla qovmuşuq. Bizə yaxınlaşmaq, kollektivə
daxil olmaq üçün çox çalışanlar olub. Hətta Ə.Həsənovun şahidlərindən biri olan Mürvət Həsənli mənim
Anama zəng edib şikayət etmişdi ki, “Əvəz mənimlə niyə dostluq eləmir?” Beləcə, məlum olur ki,
mənim və "Xural"ın yolunu kəsə bilməyənlər, hüquqi mübarizədə uduzan və uduzacaqlarını bəri başdan
bilən hökumət səlahiyyətliləri məndən - məni şərləməklə yaxa qurtarmaq istəyiblər. Ola bilər ki,
planlarında başqa variant - məni öldürmək də olub, amma hər halda məni həbs etdirməklə bu plandan
imtina etdikləri görünür.
Gülərin şahidinə və şahidlərinə gəlincə, onları iki yerə ayırmaq lazımdır. Gülərin şahidləri və Gülərin
yanında Əli Həsənovun şahidi. G.Əhmədovanın şahidləri oğlu Toğrul Əhmədov, rəfiqəsi Rüxsarə
Axundova və işçisi Zaur Mirzədir. Bu şahidlər qanunla da yalançı şahidlərdir. Çünki adı çəkilən Toğrulu
ilk dəfə məhkəmədə gördüm, Rüxsarə xanımı məhkəməyə qədər cəmi bir dəfə görmüşəm, Zaur Mirzə
ilə isə bu məsələ ilə bağlı heç bir söhbətimiz olmayıb. Bu şahidləri nə istintaq, nə də məhkəmə şahid
qismində tanımamalı idi. Bu haqda dəfələrlə vəsatətlər də qaldırdım. Amma görünür, yalançıya şahidlər
lazım imiş.
Ə.Həsənovun Gülərin yanındakı yalançı şahidi Tənzilə Rüstəmxanlı haqqında isə ayrıca söhbət açmağa
ehtiyac var.
G.Əhmədova istintaqa ifadəsində Tənzilə Rüstəmxanlını özünün yaxın rəfiqəsi adlandırsa da,
T.Rüstəmxanlı məhkəmədə bunu inkar etdi və onu şahid göstərdiyi üçün hətta Güləri tənqid də etdi.
Amma ibtidai istintaqa verdiyi ifadəni də təsdiq etdi. Gülərə yol göstərdiyini və mənim həbsimdə
maraqlı olduğunu sübut etdi. Bəs niyə? Bu sualın cavabı R.Mehdiyev və Ə.Həsənovun dəstəsində yatır.
T.Rüstəmxanlı çoxdandır R.Mehdiyev şəbəkəsi ilə çalışır. Onun adı zaman-zaman hakimiyyətin
müxalifətə yönəlik planlarında yer alıb. İndi onun Gülər Əhmədovanın şahidi kimi mənim həbsimdə
maraqlı olması da Mehdiyev komandasında olmağından qaynaqlanır. Bundan başqa, T.Rüstəmxanlının
32
Ə.Həsənovla özəl münasibətləri də var. T.Rüstəmxanlı Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva ilə
rəfiqəlik edir. Sona Vəliyeva şairədir. Onun sonuncu şeirlər kitabının ön sözünün müəllifi də başqası
deyil, T.Rüstəmxanlının həyat yoldaşı, xalq şairi Sabir Rüstəmxanlıdır. T.Rüstəmxanlı S.Vəliyevanın
həyat yoldaşı Ə.Həsənova həsr etdiyi "Qaragilə" şeirini türkiyəli milliyətçi müğənni Əhməd Şəfəqin
ifasında səsləndirib. Musiqisi Ə.Şəfəqə, sözləri isə S.Vəliyevaya aid olan "Qaragilə" mahnısına xüsusi
disk çıxarılıb və bu diskin maliyyəsini T.Rüstəmxanlı verib. Türkiyədə işıq üzü görən diskin
Azərbaycanda geniş təqdimatı olub. Və bundan sonra Azəri-Türk Qadınlar Cəmiyyətinin Heydər Əliyev
sarayında təqdimatı olub. Təqdimatda S.Vəliyeva və Ə.Həsənov iştirak ediblər. Təqdimatdan sonra
S.Vəliyeva ölkə mətbuatına müsahibə verib və "Qaragilə" şeirini həyat yoldaşı Ə.Həsənova həsr etdiyini
deyib. Məhz bu hadisədən sonra isə Əhməd Şəfəq Əli Həsənovun dəstəyilə “Tərəqqi” medalına layiq
görülüb. Təbii ki, bu haqda "Xural"da yazılar dərc olunub. Və bu yazıların dərcindən sonra
T.Rüstəmxanlı bizdən inciyib.
Çox ciddi şübhələrim var ki, əgər G.Əhmədova ilə bu şər alınmasaydı, Ə.Həsənov bu rolu ifa etmək
üçün T.Rüstəmxanlıdan istifadə edəcəkdi. Onun həm də belə işlərdə təcrübəsi var.
311.3.2 (TƏKRAR RÜŞVƏTALMA)
Hakimiyyət 311.3.3 və 311.3.4-cü maddəni Gülərin əli ilə üzərimə yükləsə də, qısa müddət sonra bunun
da bir işə yaramayacağını dərk etdi. Və hər ehtimala qarşı Ə.Həsənov daha üç "iş" tapdı. Bu epizodun
əsas oyunçusu Akif Məmmədov və onun şahidləridir. A.Məmmədov "Kurort" ASC-nin sabiq
direktorudur. Onun qanunsuz fəaliyyəti ilə əlaqədar 2006-2008-ci illərdə müxtəlif yazılar yazmış və bu
səbəblə də məhkəmə çəkişməsi keçirmişik. A.Məmmədov həm mülki qaydada, həm də xüsusi ittiham
qaydasında məni məhkəməyə verib, sonra isə ərizəsini geri götürüb, yəni barışmışıq. Son dəfə nə zaman
görüşdüyümüzü xatırlamıram. Heç son illər onun haqqında nəsə yazmamışıq da. İşin maraqlı tərəfi
ondadır ki, A.Məmmədov Ə.Həsənovun doğmaca qudası, Azərbaycan Həmkarlar Konfederasiyasının
sədri, deputat, "Ülfət" qəzetinin sahibi Səttar Mehbalıyevin iş ortağıdır. Uzun illər S.Mehbalıyevin
tabeçiliyində çalışıb. İndi də onun qarşısında tabeçilik münasibətləri var. A.Məmmədovun işi də
G.Əhmədovanın işi kimidir. Orada da bir şahid var ki, birbaşa Ə.Həsənovun təkərində fırlanır. Bu
mənim həmyerlim, uşaqlıq "dost"um, "Xəmsə" restoranının sahibi Mürvət Həsənlidir. M.Həsənli
Ə.Həsənovla KİVDF icraçı direktoru V.Səfərlinin vasitəsilə tanış olub. Müxtəlif vaxtlarda təmənnasız
olaraq KİVDF-nin tədbirlərini keçirib. M.Həsənli 19.12.2011-ci ildə mənim əleyhimə istintaqa ifadə
verib. Nə qəribədir ki, 29.12.2011-ci ildə KİVDF "Xəmsə"də tədbir keçirib. Baş rolda isə Ə.Həsənov.
Səhih məlumatlarım var ki, mənim həbsimdən əvvəl ən azı 5 dəfə Ə.Həsənov "Xəmsə"də görünüb və
mənim həbsimin detalları müzakirə olunub. Həm M.Həsənlidən mənim əleyhimə informasiya alıblar,
həm də ona mənim üzümə durmağı müqabilində vəzifə və yeni obyekt - imtiyazlar vəd olunub. Hətta
"Gülüstan" sarayını işlətməyin müqabilində ondan külli miqdarda pul tələb edib və alıblar. Sadəcə,
Prezident "Gülüstan" sarayının sahibini şəxsən tanıdığından Ə.Həsənovun planı pozulub.
Yəni A.Məmmədovla M.Həsənli Ə.Həsənov üçün lap göydəndüşmə olub. Bu qrupu "ələ verən"
M.Həsənli olub. Bunu həm A.Məmmədov, həm də X.Muxtarov ifadələrində təsdiq etdilər.
Akif Məmmədov işində qalan 2 şahid - Xanoğlan Muxtarov və Vüqar Məmmədov isə sadəcə Mürvətin
təqdimatında Ə.Həsənovun karvanına qoşulublar. V.Məmmədov ölkədən qaçıb getsə də və məhkəməyə
ifadə verməsə də, Mürvət öz ömrünə yazdığı qara ləkəni onun da ömrünə saldı. Təəssüf ki,
V.Məmmədov da həm mənim həmkəndlimdir, həm də dostum olub. Türkiyəyə də mənimlə bəhsə
girərək oxumağa gəlib. Vüqarın atası da atamla dost olub. İndi Vüqarın atası o dünyada - mənim atamın
üzünə necə çıxacağını, oğlu isə bu dünyada - mənim üzümə necə çıxacağını düşünür.
V.Səfərli Ə.Həsənov üçün necə əl telefonu funksiyasını icra edirsə, X.Muxtarov və V.Məmmədov da
M.Həsənli üçün elədir. Onlar da Mürvətin "əl telefonları"dır.
Sabir Tarverdiyev hakimiyyətyönümlü Milli Dövlətçilik Partiyasının sədridir. İqtidarın iş adamlarından
biridir və birbaşa Əli Həsənova bağlıdır. Bu işə də birbaşa onun direktivləri ilə daxil olub. S.Tarverdiyev
məhkəmədə də etiraz etdi ki, ona mənim üzümə durmaq üçün çox ciddi təpkilər olub. Onun mətbuat
33
xidmətinin rəhbəri isə Sabirin fikirlərinə şahid durub. Hər yalançının mütləq və ən azı bir şahidi
olmalıdır axı.
S.Tarverdiyev başqa bir xətlə də Ə.Həsənovdan asılıdır. Onun 2 qəzeti MŞ-nın üzvüdür və
S.Tarverdiyev hər ay Əflatun Amaşova "xüsusi haqq" göndərir və bunu hər yerdə deməkdən çəkinmir.
Ə.Həsənov bu məsələyə xüsusi diqqət edir. Həm S.Mehbalıyevin "Ülfət" qəzeti, həm M.Həsənlinin
"Xəmsə" qəzeti, həm S.Tarverdiyevin "Araz" və "Meridian" qəzetləri MŞ-nın üzvüdür və bəziləri hətta
MŞ-nın təsisçilərindəndir. Bu da təsirin bir növüdür. Yuxarıdakı T.Rüstəmxanlı olayı da belədir.
Ə.Həsənov həm T.Rüstəmxanlının, həm də onun həyat yoldaşı S.Rüstəmxanlının QHT-lərini
maliyyələşdirir. Bir ailədən 2 QHT Ə.Həsənovun təsirində olan Azay Quliyevin DDŞ-sindən maliyyə
alır.
311.3.2-nin 3-cü üzəduranı Aydın Heydərovdur. A.Heydərov isə S.Tarverdiyevin xalası oğludur -
doğmaca. Ə.Həsənovun bir zəngi ilə xalası oğlunu xalaoğlu işə qoşub, vəssalam...
Maraqlıdır ki, A.Heydərov KQMİ-yə 7 il bundan əvvəl MŞ-ya göndərdiyi ərizəni təqdim edib. Aydın
olur ki, bunu A.Heydərov yox, MŞ edib. Yəni Ə.Həsənov inhisarında olan MŞ-dan 7 il əvvəlin ərizəsini
çıxarıb və KQMİ-yə göndərib. Saxtakarlığın bu miqyasda olanına yalnız R.Mehdiyev və ya Ə.Həsənov
gedə bilərlər.
A.Heydərovun sürücüsünə gəlincə, onu mən tanımadım. O da məni tanımadı. İstintaqa ifadə verən
sürücü ilə məhkəməyə gələn sürücü arasında o qədər fərq var idi ki, sonradan şəxsiyyət vəsiqəsinə
baxarkən onu hakimlər və prokuror da tanımadılar.
Beləcə, Ə.Həsənov mənim işimdəki üzəduranların hamısı ilə birə-bir əlaqədə olub və onların hamısını
şəxsən təlimatlandırıb. Çünki 311.3.3, 311.3.4 və sonradan əlavə olunan 311.3.2-ci maddələrində olan
"şahid"lərin hamısını PA-nın şöbə müdiri şəxsən tanıyır.
Bütün bu çətinliklərə baxmayaraq, siyasi hakimiyyət bunların da fakt olmadığını gördü. S.Tarverdiyev
Gəncənin icra başçısı E.Vəliyevin adından danışır, halbuki onunla "Xural"ın məhkəmə prosesi olub və
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü var. Eləcə də A.Heydərovla məhkəmə çəkişməmiz olub və
A.Heydərov xüsusi ittiham qaydasında şikayətini geri götürüb. Neyləməli? Ə.Həsənov daha bir ittiham
uydurmalı idi. Bu da vergi oldu.
PA VERGIDƏN - 213.1-CI MADDƏDƏN MƏDƏT UMUR
Bu qədər yalançı şahidlərə baxmayaraq, Ə.Həsənov və istintaq yenə rahat ola bilmədi. Onların
sərəncamında kifayət qədər üzəduran var idi, amma mötəbər sübutları kifayət etmirdi. Hətta müstəntiqin
özünün mənə etirafına görə, ilk günlər təxminən 100 nəfərə qədər üzəduran siyahısı hazırlasalar da,
sonradan bu plandan imtina olunub. İstintaq 100-dən çox adamdan 1.500.000 - 2.000 000 manat pul
yükləmək istəyirmiş boynuma.
Bütün bu komplo teorilərinin alınmadığını görən hakimiyyət və onun diqtəsi ilə çalışan istintaq ənənəvi
susdurma metodundan istifadə edir: Vergi ilə çökdürmək! Onlara elə gəlir ki, vergi ilə bizi sıradan
çıxarmaq daha asan olacaq. 306.2, 311.3.2, 311.3.3, 311.3.4-cü maddələrindən kar aşmayacağını bilə-
bilə, bilərək bu dəfə vergini işə salmağa qərar verdilər. 14.11.2011-ci ildə müstəntiq Qabil Qasımov
təqdimatla müraciət etdi və KQMİ-nin heç bir hüquqi ixtiyarı olmaya-olmaya məhkəmə tərəfindən vergi
yoxlaması təyin etdi. Bu isə istintaqı o qədər bərbad duruma saldı ki, işin içindən özləri də çıxa
bilmədilər. Əlli min saxtakarlıq edərək, min hoqqadan çıxaraq, guya ödəmədən yayınan 7.300 manata
yaxın məbləğ açkarladılar ki, bunu da müstəntiqin özünün dəvət etdiyi ekspert 4.000 manata qədər
endirdi. Müstəntiq hey "bu bizim yanlışımızdır" deyirdi...
34
HƏR AĞIZDAN BIR AVAZ GƏLIR
Əslində, bu istintaqdan olsaydı, Cinayət Məcəlləsinin bütün maddələrini mənə yükləyəcəkdi. Bunun
üçün də şərait yaranmışdı. Ə.Həsənovun mətbuatı tam gücü ilə əleyhimə kampaniyaya başlamışdı.
Kəmaləddin Heydərovun informasiya agentlikləri də onlara qoşulmuşdular. Keçmiş deputat Vüqar
Rəhimzadə, hazırkı deputat Bəxtiyar Sadıqov MŞ-nın adından daha irəli gedir, daha sərt və adlarına
yaraşan bəyanatlar verirdilər. B.Sadıqov qanunların çox yumşaq və humanist olmasından bəhs edirdi.
Və onun dedikləri əslində Milli Məclisin də mövqeyi kimi qəbul olunmalı idi. Mən hüququn verdiyi
bütün yollardan istifadə edir, demokratik cəmiyyətin qaydalarına uyğun olaraq dirəniş göstərir,
"Xural"ın və onun Oxucularının sərt müqavimətini təşkil edir, bunlar isə məhz onu istəmirdilər. Ona
görə də beyinləri, intellektləri ilə mənimlə döyüşə bilməyənlər inzibati amirlik metodunu köməyə
çağırırdılar. Demokratiyalarda bükə bilmədiyin əli öpməlisən, amma bunların rejimində bükə
bilmədikləri qolu sındırmaq var. Bunlar məndə və "Xural" qəzetində də elə etdilər. Ramiz Mehdiyev-Əli
Həsənov şəbəkəsinin mətbu xadimləri gözükölgəli, satılmış qələmlərdən ibarətdir və onlar demokratik
şəkildə mübarizə apara bilmədilər. Ə.Həsənovun tapşırığı ilə öz işlərini gördülər. Təsadüfi deyil ki,
A.Heydərov MŞ-ya yazılan ərizəsini guya istintaqa da göndərib. Amma elə deyil. O ərizəni istintaqa MŞ
göndərib...
QEYRI-HÜQUQI MÜBARIZƏ
Dostları ilə paylaş: |