DİLSUZ DÜNYAMALIYEV
HİKMƏT ÇƏLƏNGİ
Naxçıvan-2012
Redaktor: Asim YADİGAR
Roy verdi: M^hərrsm CƏFƏRLİ ( professor)
D.DÜNYAMALIYEV. HİKMƏT ÇƏLƏNGİ
QIZIL DAĞ” - 2012, 292 səh.
XALQ MƏSƏLLƏRİ, RƏVAYƏTLƏR,
LƏTİFƏLƏR, HEKAYƏTLƏR
-Bir şlrin ki, qol-qıçını tülkü bağlaya, siçan da ona
azadlıq verə, onun bu m eşələrdə yaşam ağa haqqı
yoxdur.
O, baş alıb meşədən çıxıb getdi.
SƏBƏT LAZIM OLACAQ
Birgün bir kişi çox qocalmışdı. Oğlunu, deyingən
gəlinini narahat edirdi. Gəlinin təklifi ilə oğul öz atasmı
apanb çölə atmağı qərara aldı. Heç kim görməsin deyə,
bir gecə oğlu atasını səbətə qoyub dalına alır. Aparıb bir
dağın başında səbətlə birükdə yerə qoyub geri qayıtmaq
istəyir. Ata oğlun səsiəyir ki. gəl səbəti də apar. Vaxtı ilə
mən də atam qocaldığına görə gətirib səbətdə çölə
atmışdım, indl qarşıma çıxdı. Sən də qocalanda oğlun
səni gətirib çölə atacaq. Onda səbət İazım olacaq.
Bu sözdən xəcalət çəkən oğlan yenidən atasını
səbətə qoyub geri qaytarır.
Dostları ilə paylaş: |