G.ƏHMƏDOVA YAP-I ŞANTAJ EDIR…
HÖKUMƏTI TƏHDID EDIR…
Həmin G.Əhmədova heç nədən çəkinmədən mənsub olduğu, özünü əsgəri adlandırdığı Yeni
Azərbaycan Partiyasını şantaj etdi. Təkcə onu tənqid edən partiyadaşları ilə kifayətlənmədi, YAP-ın
icraçı katibi Əli Əhmədova öz facebook səhifəsində “xoruz baba” yazdı. “Banladı, hinə soxdular”dedi
G.Əhmədova. O, bu açıqlaması ilə öz saytında mənim haqqımda yazdırdığı təhqiramiz üslubu təkrarladı.
Təhqir, böhtan, şər sanki onun həyat tərzidir. Və bu işdə Gülər sərhəd tanımır. O, hətta “ağzını açsa”
İlham Əliyevi, Mehriban Əliyevanı da şərləyər. Zatən “Fransa-Azərbaycan” Dostluq qrupundakı yerini
M.Əliyevaya tərk edəndən sonra onun əleyhinə kampaniya apardığını bilənlərdən biri də mənəm.
Mənim redaksiyama qadın əxlaqına yaraşmayacaq alçaqlıqla səsimi yazmağa gələndə, etdiyimiz
söhbətdən də saxta ekspertiza Mehriban xanım haqqında işlətdiyi cümləni çıxarıb. Orada mən Nigarın
M.Əliyevaya müraciət edəcəyini dedim. Gülər cavabında: “Mən Mehriban, İlham hərləmirəm” demişdi.
Onun stili budur. Kişilərdən çox içər, kişilərdən çox sərxoş olar və kişiləri utandıracaq həddə söyüş
söyər. Bilənlər bilir...
47
G.Əhmədovanın saçlarını düzəltdirdiyi bərbərin yanında İlham və Mehriban Əliyevaların əleyhinə
danışdıqlarını isə mətbuatda çoxdan yazıblar. Onu da yazıblar ki, Moskvada fəaliyyət göstərən falçı
Zirəddin Gülərin dostlarından biridir və o, Gülər üçün İlham və Mehriban Əliyevaların kabinetində olan
şəkillərinin arxasına dua yazıb yerləşdirib. Yəni Gülərin cəsarəti sonsuzdur və onun “ağzımı
açdırmayın” hədəsi birbaşa hakim ailəyə də ünvanlana bilər. Ona görə ki, özünü çox imtiyazlı hesab
edir. İ.Əliyevin onu Moskvada necə müalicə etdirdiyini və bunun üçün 60 000 dollar xərclədiyini
çoxlarına danışıb.
Bütün siyasi ömrünü şantaj, hədə-qorxu, üzədurma ilə keçirən YAP Siyasi Şurasının üzvü, təxminən 10
ciddi vəzifə daşıyan, Respublika Uşaq Təşkilatının sədri, YAP-ın 15 illik deputatı Gülər Əhmədova
haqqında ən doğru sözləri bu ölkəni və YAP-ı idarə edənlər, YAP-ın orqanı “Səs” deyib. Nə deyiblər
onlar?
YAP-ÇILAR GÜLƏR ƏHMƏDOVA HAQQINDA NƏ DEYIRLƏR?
Özünü qorumaq üçün pulyığanını qurban verməyə məcbur olan PA rəhbəri R.Mehdiyev:
“Dələduzdur”.
YAP icraçı katibinin müavini Siyavuş Novruzov: “...G.Əhmədova YAP-ın sədr müavini - icra katibi Əli
Əhmədov haqqında bəzi şeylər yazır. İnsan özünü bir tərəziyə qoymalıdır ki, kim kimdir, mən kimin
haqqında nə yazıram, hansı hallarda bu söhbətləri mən apara bilərəm. YAP-ın sədr müavini Əli
Əhmədovun fikrinə şərh verməyə birinci qabiliyyət, ikinci düzlük lazımdır. Bu keyfiyyətlərə malik
olmayan insanlar özlərini ortaya atmasınlar.
... Burada dələduzluq məsələsi var. Bu dələduzluq məsələsi də prokurorluq orqanları tərəfindən ciddi
şəkildə araşdırılmalıdır, qanun tələb etdikdə həbs-qətimkan tədbirləri də seçilməlidir. Fikrimcə, artıq
həmin addımların atılması gözlənilən ərəfədəyik. Artıq kimlərsə axtarışa verilməlidir. Ortada fakt var.
Bu fakta əsasən də rüşvət verən və rüşvət alan tərəflər- hər ikisi məsulliyyətə cəlb olunmalıdır...
İki dələduzun hansısa addımları atmasından şantaj kimi istifadə etməyə çalışanlar da tapılır. Onsuz da
beynəlxalq aləmdə ədalətsizlik mövcuddur və bundan da ölkəmizə qarşı istifadə olunmasına şərait
yaradırlar”.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP-ın qurucularından olan Eldar İbrahimov:
“ Yeni Azərbaycan Partiyası G.Əhmədovanı öz sıralarından tezliklə çıxarmaq məsələsini həll etməlidir.
Hansısa qüvvələrə söykənərək belə ifadələr işlədir. Ona görə də bu məsələ ilə bağlı konkret qərar
verməyin vaxtıdır.
Mən yalnız onu deyə bilərəm ki, G.Əhmədovanın E.Abdullayevlə olan videosuna baxanda burada
hüquq-mühafizə orqanına ehtiyac qalmır. Onlar bir-birilərinin kim olduqlarını danışıqlarında açıq
şəkildə bildirirlər.
Mən yalnız onu deyə bilərəm ki, hələlik partiyadan kənarlaşdırılmaması bəlkə də onda müəyyən
arxayınçılıq yaradır və o, bundan istifadə edərək, YAP-ın rəhbərliyinə qarşı böhtan və təhqir dolu
ifadələr işlədir. Hesab edirəm ki, G.Əhmədovanın tezliklə YAP-dan çıxarılma məsələsi həll edilməlidir.
Eyni zamanda prokurorluq orqanları G.Əhmədova barədə həbs-qətimkan tədbiri seçməlidir.”
YAP icraçı katibi Ə.Əhmədov: “G.Əhmədova dələduzluq edib və Yeni Azərbaycan Partiyasını Milli
Məclisdə təmsil etmək hüququnu itirib. Belə fəaliyyətlər YAP-a ləkədir”.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli:
48
“Düşünürəm ki, belə mənəviyyatsız, iyrənc adamlar parlamentdə olmamalıdır. Bu adamın necə və kim
olduğunu təəssüf ki, həm parlamentdə, həm də cəmiyyətdə yaxşı bilirlər. İctimai rəyi çaşdırmaq olmaz,
aldatmaq olmaz. Belə olmalı idi, başqa cür də ola bilməzdi. Özü ilişdi, özü-özünü cəzalandırdı, ifşa etdi.
Bu qadının “facebook oyunu”, xarakterinə və xislətinə xas əməli onu bir daha ifşa etdi. Çox sevindim ki,
modern.az
saytında onun “uşaq” şeirinə bir maraqlı və kəskin şeirlə cavab vermişdi. Çox təəssüf ki,
saytdan o şeiri nədənsə tez çıxartdılar. Amma “Səs” qəzetində onun “Uşaq” şeirinə cavab şeirləri indi də
gedir. G.Əhmədova o şeirə layiq adam idi, o hərəkətlərin cavabı belə də olmalı idi.
Məndə və deputat həmkarlarımda bu adam haqda heç vaxt standart, müsbət fikir olmayıb. Bunu mən
demirəm hamısı deyir: Bir fırıldaqçı cəmiyyətdə vəzifə tutur, hörmət sahibi olan min nəfərə ləkə gətirdi.
Gülər Əhmədova barədə fikirlərim qətidir, 16 il əvvəl bu fikirlər məndə formalaşıb. Bu qadın
Azərbaycan hakimiyyətinə və parlementinə heç vaxt şərəf gətirməyib. Bu adam bütün dövrlərdə
intriqalarla məşğul olub. Gənclər təşkilatında işləyəndə dalaşıb, yerini dəyişiblər. Respublika Uşaq
Təşkilatında çalışanda İsmayıl İbrahimov kimi ağsaqqal adamın yerinə göz dikib. Otağını əlindən alıb,
gərginliklər yaradıb. Münasibətdə olduğu elə bir adam olmayıb ki, onunla münaqişəsi olmasın. Bu gün
Yasamal rayonunda tikinti təşkilatlarının rəhbərləri var, bu dəqiqə hazırdırlar ki, G.Əhmədova
tərəfindən onlara qarşı edilən haqsız əməllər barədə danışsınlar. Kimlə ünsiyyətdə olubsa, ona qarşı
xoşagəlməz əməllər edib.
O, bütövlükdə parlamentə layiq adam deyildi.
Sevinirik ki, parlamet belə adamlardan təmizlənir və hakimiyyətə bir daha göstərir ki, belə adamların
heç birinə sıralarımızda yer yoxdur, onlara qarşı qanunlarımızın ən kəskin tələbləri ilə cəza veriləcək.
G.Əhmədova Yasamal rayon təşkilatlarında qeydiyyatdadır, o, bu günlərdə partiyadan xaric olacaq. O
adam bizim partiyanın sıralarında ola bilməz.
Qadın üçün “dələduz” sözündən ağır söz olmaz. Zaman göstərəcək ki, o, sözün tam mənasında
dələduzdur. Heyif ki, bu qalmaqaldan Gülər çox təmiz və hörmətli adamların adlarını çəkir, onlara ləkə
yaxır. Ayıb olsun”.
“SƏS” qəzetinin şeirləri.
I şeir:
Ay oxucu, bu, həminki Gülərdi,
Rüşvəti alıb iş görəndə gülərdi.
Elşadları aciz quzu bilərdi,
Zəli kimi daraşardı canına,
Susayardı qurbanının qanına.
Sağa-sola çapıb, rüşvət götürdü,
Zaman keçdi, bir tək səbir gətirdi,
Bundan sonra mandatını itirdi,
Acizləşib, döndü aciz çəpişə,
49
Rəvac verdi, yad qəzetdə çəp işə.
İndi onun son anıdır... itirir,
Vaxt çatanda cəzasını alacaq,
Türmələrdə xəyallara dalacaq.
II şeir
Bu gün Gülər, dönüb olub qırt fərə,
Yüz xoruzla hinə girib, min kərə,
Elşada da getmək istərdi ərə,
Diləyərdi tarlasını şumlasın,
İki milyon verdiyini mumlasın.
Zamanında yedi xoruz başları,
Hər biriyçün axıtdı göz yaşları,
Mandat getdi, tökdü başa daşları,
Bu əməldən nə utandı, ar etdi,
Cəmiyyətdə öz adını xar etdi.
Gülər özü suyuşirin Fərədi,
Meyli - pullu Elşad kimi ərədi.
Xoruzlarla görüş yeri dərədi,
Cuqqultuya ilkin edir özü səy,
Görüş yeri: Dərə xəlvət, tülkü bəy.
“YASAMALLI QADIN” NIYƏ SUSDU?
Məlum olur ki, G.Əhmədova təkcə şantajçı deyilmiş,
o, həm də illərlə əsgərlik etdiyi partiya - YAP üçün
ləkə imiş, dələduz imiş, tərbiyəsiz, əxlaqsız bir
adammış, “qırt fərə” imiş və “100 xoruzla 1000 dəfə
hinə” giribmiş. İllərlə onunla çiyin-çiyinə döyüşən
silahdaşlarının qiymətidir bu. Üstəlik, onun ailə dostu,
tanınmış jurnalist, ANS-in vitse-prezidenti Mirşahin
Ağayevin qiymətləndirməsi olduqca düşündürücüdür.
Mirşahin G.Əhmədovanı “Yasamallı qadın” kimi
qələmə verdi və onun apardığı “razborka”sını alqışladı.
Deməli, onu yaxından tanıyanlar belə onun mafiyanın
üzvü olduğunu bilirlər. Belədə Gülərin mənim
kollektivimi
“təpəsinə
güllə
çaxaram”
deyə
50
hədələməsinin gerçək payı var imiş. Deməli, Gülərin “razborşiça” olduğunu və “xanım qaynana” kimi
çoxlarından “üzük” aldığını ölkənin aparıcı kanalının sahiblərindən biri də bilirmiş. Xüsusi qeyd
etməkdə fayda var ki, G.Əhmədovanın qardaşı İlqar Mikayıloğlu ANS-in önəmli adamlarından biridir
və həmin İlqar 02.07.2012-ci ildə Gülər məhkəməyə gələndə zalda az qalmışdı hamını güllələsin...
Ortaya bir sual çıxır. Əgər Gülərin dərdi namus dərdi idisə, məni onun “şir ürəkli”, “nər biləkli”
oğlanları öldürə bilərdilərsə, o zaman YAP-ın bu təhqir selinin qarşısında həmin oğullar niyə susdular?
Mən Allah eləməsin, bundan artıq nə yaza bilərdim ki, məni öldürməyi planlaşdıranlar “Səs”in iftira və
təhqirlərinə “mıqq” edə bilmədilər? Deməli, bunların namusunu YAP və “Səs” təhqir edə bilər? Belə
çıxır?
Təbii ki, elə deyil. Sadəcə, bir daha aydın olur ki, G.Əhmədovanın məni susdurmaq missiyası varmış və
bu qadın o missiyanı oynayıb. Bunun namus dərdi-filan yox imiş, yoxsa elə bir şey olsaydı, indi ölkə
Ramiz Mehdiyevdən, Əli Əhmədovdan, Hadı Rəcəblidən, Bəhruz Quliyevdən təmizləmişdi və
Azərbaycan nisbətən rahat nəfəs alırdı. Gülərin cüt oğlu da Milli Qəhrəman olmuşdular.
Deməli, Gülərin “Mən ailəmi qorumuşam” iddiası da mənə şər atmaq yolunda bir həmlə imiş – növbəti
həmlə. Özünü “namus bəkçisi” kimi göstərirmiş camaata.
BIR ƏLI HƏSƏNOV DANIŞMADI
Hökümətin və YAP-ın bütün danışan dilləri Gülərin videosunda danışdı, bir Ə.Həsənov danışmadı.
Məhz ona görə ki, Ə.Həsənov bütün məsələlərdə G.Əhmədova ilə şərikdir və xüsusilə mənim
şərlənməyim məsələsində Gülərə təlimatı Ə.Həsənov verib. Yəqin ona görədir ki, sabiq deputat həbs
olunacağı ərəfəsində hakimiyyəti mənimlə təhdid etdi: “Məni həbs etsəniz, Əvəz Zeynallını həbs
etdirənləri açıqlayacağam, Ə.Zeynallının kartını açacağam.” Tarixin ironiyasına baxın, onun şərləyib
həbs etdirdiyi Əvəz Zeynallı onu həbsdən xilas edən adama çevrildi. Bu da hər halda Allahın işidir.
DAHA BIR DÜŞMƏN: NARKOTIKA!
“Xural”ın və mənim hədəfimdə rüşvət və korrupsiya ilə bərabər, daha bir amansız düşmən vardı:
Narkotika. Sanki gözəgörünməz bir əl bu millətin gül balalarını məhv etməkdən ötrü xüsusi bir plan
əsasında işləyir. Bir əl rüşvət və korrupsiyanı inkişaf etdirir, bir əl milli-mənəvi dəyərləri sıradan çıxarır,
bir əl millətin genefondunu - gəncləri zəhərləyir. İşə bir baxın, bir zamanlar Lənkəran və Cəlilabad
Azərbaycan Milli Mübarizə Hərəkatının mərkəzi olub. İndi oralardan - eləcə də ölkənin digər
regionlarında milli mübarizə ovqatından əsər-əlamət qalmayıb. İndi əksinə, belələrinə lağ edir, onları
məsxərəyə qoyurlar. İndi Lənkəranda küçələrdə məktəbli şagirdlər öz müəllimlərinin gözlərinin
qarşısında iynəyə otururlar.
Mən həm də narkotikaya düşmən oldum. Mənim qəzetim narkotikaya aid ən cəsarətli yazıları dərc etdi,
narkobaronlar bizi məhkəməyə verdi, cərimələtdi, iş kəsdirdi, amma mən dayanmadım. Elə hesab
edirəm ki, indiki həbsin - sözün ağır cinayətə çevrilməsində həmin narkotika şəbəkəsinin də payı var və
onların hamısı üçün münbit şərait yaranıb.
10 ILDIR GÖZLƏYIRDILƏR
Bəli, 10 ildir hakimiyyətdə oturan anti-milli şəbəkə bu məsələ üçün – mənim həbsim üçün əlindən
gələni etdi. Bu millətin – Azəbaycan türkünün düşmənləri, rüşvət və korrupsiya bataqlığında can
verənlər, ölkəni narkotika girdabına salıb Azərbaycan gəncinin dünyasını söndürənlər mənim kimiləri
sevmirlər. Onlar xüsusilə xarici ölkələrdə oxuyub gələnləri qəbul etmir, dərhal onların yolunu
bağlayırlar. Bunlar üçün ayrı kriteriyalar var, ona uymadınsa, yoxsan demək.
10 ildir nail ola bilmədiklərinə indi nail oldular. Dünyanı gəzdim, 7 prezident, 7 baş nazirlə görüşdüm,
xarici ölkələrdə ən azı 7 təşkilat qurdum, dərgi çıxardım, Azərbaycan naminə 10-larla millət vəkili,
51
diplomat, dövlət məmuru ilə təmas qurdum. Amma Ə.Həsənovun dilbilməz, Tanrıtanımaz,
adamayovuşmaz, tənbəl, rüşvətxor və korrupsioner əl buyruqçularına dünya gerçəklərini anlada
bilmədim. Onlar məni qova-qova namərd etmək istədilər, amma bacarmadılar. Bu zümrənin içində bir
normal hüquqşünas yoxdur ki, məsələyə hüquqi yöndən yanaşsınlar. Bir normal insan – peşəkar yoxdur
ki, peşələrinin tələblərini yerinə yetirsinlər. Bunların hamısı qul, kölədirlər. Qullarla, kölələrlə isə
azadlıq mücadiləsi verilməz.
HƏM 213.1, HƏM 306.2, HƏM 311.3.2, 311.3.3 VƏ 311.3.4 BOŞDUR
Vergi ittihamı yalan və absurddur. Bunu ibtudai istintaq zamanı müstəntiq də dəfələrlə etiraf etdi ki,
“bu, bizim səhvimizdir...” Məhkəmədə də sübut olundu ki, vergiçilər istintaqın tapşırığını yerinə
yetiriblər. Onların qarşısına tapşırıq qoyulub ki, “yayınma”nı iki min manatdan yuxarı çıxarsınlar ki,
cinayət işi açıb, əlavə ittiham versinlər. Onu da ediblər. Bir dəfə mənimlə görüşmədən, bütün sənədləri
əldə etmədən, elementar araşdırmalar aparmadan mənim adımdan bəzi sənədləri saxtalaşdıraraq,
“vergilərdən yayınma”nı 7.300 manata çıxarıblar. İstintaqın eksperti bu məbləği 4 min manata endirib.
Normal araşdırma aparılarsa, bizim “yayınma”mız 700–800 manatdan çox olmayacaq. Bu da 213.1
maddəsinin sıradan çıxmasıdır. Ayrıca, məhkəmə mənim yerimə mənim vergi fəaliyyətimi dayandıran
şəxsi tapmalı, həmin sənədi saxtalaşdıran vergi əməkdaşı qanunla cəzalandırılmalıdır. Çünki
saxtalaşdırma məhkəmə istintaqı zamanı öz təsdiqini tapdı. Əsgərli Şahin adlı vergi əməkdaşı açıqca
etiraf etdi ki, “bu saxtalaşdırma sənin – yəni Ə.Zeynallının xeyrinədir...” Mənim xeyrimə kim
saxtalaşdırma edib – maraqlıdır?
306.2 maddəsinə gəlincə, bu maddədə də qərəzli şəkildə məhkəmə qərarlarını icra etməməkdən söhbət
gedə bilməz.
Məhkəmə dindirməsində də məlum oldu ki, N.Ələsgərli ümumiyyətlə, bu hadisəni unudubmuş. O, hətta
mənimlə ortaq dostlarının olduğunu və bu məsələnin bitdiyini zənn etdiyini dedi. Nüşabə heç bir icra
nümayəndəsini tanımadığını söylədi. İcraya hesab nömrəsi (pulun ödənilməsi üçün) vermədiyini dedi.
Hesabına keçirdiyim 200 manatdan belə xəbərsiz olduğunu bildirdi. O, heç pulun marağında olmadığını
da dedi. Məlum oldu ki, Nüşabə heç vəkilinin kim olduğunu da xatırlamır. Onun bu işə siyasi təzyiqlə
daxil olduğu məlum oldu. Yoxsa 2007-ci ildə baş verən işə görə niyə 2011-ci ilin sonlarında
R.Mehdiyev “Xural”a qarşı kampaniyaya başlayandan sonra qoşuldu? N.Ələsgərli bu suallara cvab verə
bilmədi. Bunu həm də o, sübut edir ki, 2011-ci ilin fevralında N.Ələsgərli ilə danışmaq və məsələni həll
etməyə çalışsam da, əvvəlcə razılaşan Nüşabə, son anda “mənə dedilər ki, iddianı geri götürmə” deyə
kənara çəkildi.
N.Ələsgərlinin borcu ödənib, “cavab haqqı” isə, o zaman da dediyim kimi “Xural” fəaliyyətini bərpa
edən kimi tanınacaq. Hətta təkzibi özü hazırlayıb redaksiya ilə razılaşdırandan sonra yayınlaya bilərik.
Bu haqda cinayət işində izahatım da var və o vaxtdan bəri heç nə dəyişməyib. Sadəcə, səbəb siyasi
olduğu üçün bu müğənnidən bizə qarşı istifadə ediblər.
“Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun ifadəsindən göründü ki, o da nə icraçıları
tanımır, nə ötən 4 il müddətində bir dəfə də olsun icra məmurlarına müraciət etməyib. Nə icra
məmurlarına hesab nömrəsini verməyib, nə məni məhkəməyə verəndə neçə min manat tələb etdiyini
xatırlamır, nə də heç nə yadında deyil. Aydındır ki, o da siyasi sifarişin nəticəsində bu oyuna qoşulub.
A.Ələsgərovun R.Mehdiyevin komandasında yer aldığı məlumdur və Ə.Həsənovla yaxın dostdur. Hətta
təkzibedilməz məlumatlar var ki, Ə.Həsənov bir neçə dəfə A.Əsgərovun “Xural”la münasibətləri
normala salmasına mane olub. Ona da heç borcumuz yoxdur. “Xural” və mən A.Əsgərova 670 manat
ödəmişdik. Qalıb Kamal Hüseyn adlı müəllifin 330 manatı, onu da istənilən zaman ödəmək problem
deyil. A.Əsgərovun təkzibi də dərc olunub və o, bu təkzibi qəbul etməyib. Halbuki bu təkzib – məhkəmə
qərarına əsasən, tərəflərin razılaşması yolu ilə dərc edilib. Digər iddiaçıların təkziblərinin dərc
olunmaması səbəbi də budur. Dərc etdiyimiz təkzibi bəyənmədikləri üçün biz razılaşdırılmış təkzib
variantını təklif etmişik.
52
A.Əsgərovun işi ilə bağlı cinayət işində izahatım var və o izahatda da hər şeyi beləcə qeyd etmişəm. Heç
bir qərəzli boyunqaçırmadan söhbət gedə bilməz. İcra məmurlarının öyrədilmiş məmurlarının
məhkəməyə verdikləri ifadələrdə də siyasi sifariş həyata keçirildiyi ortaya çıxdı.
V.Səfərlinin icra sənədi isə bizə 2011-ci ilin iyul ayında daxil olub və biz icradan məhkəməyə müraciət
etmişdik. KİVDF-nin icraçı direktoru olan V.Səfərli də birbaşa R.Mehdiyev-Ə.Həsənov komandasının
üzvüdür. Onun Ə.Həsənovla ortaq biznesi var. Bina tikintisi ilə məşğul olurlar. VSəfərlinin də məhkəmə
ifadəsi digərlərindən heç nə ilə fərqlənmədi – o da icraçıları tanımır, rəsmi müraciət etməyib, hesab
nömrəsi verməyib və özünün dediyinə görə məni tutdurmaq niyyəti də olmayıb. Amma siyasi sifariş onu
da bu oyuna qoşub. 28.09.2011-ci ildə V.Səfərlinin işi ilə bağlı izahatım var. İmkan yarandığı zaman
onun pulunu ödəməyə başlayacağıq və “Xural” fəaliyyətə başlayan kimi onun da mövqeyini dərc
edəcəyik. Heç bir qərəzli şəkildə icra etməməkdən söhbət gedə bilməz.
HESABIMIZDA TƏXMINƏN 5 MIN AZN VAR
“Xural”ın əmlakı 19.10.2011-ci ildə R.Mehdiyev tərəfindən talan edildi və müsadirə olundu. Orada
bizim xeyli kompüter dəstimiz, diktofon, printer, elektrik qızdırıcılarımız və s. var. Bununla bərabər,
“Xural”ın hesabında olan pulu mən həbs olunandan götürə bilmirik. Təxminən 4-5 min manat arası
pulumuz olmalıdır hesabımızda. Həm satılan əmlakımız, həm də həmin pullar A.Əsgərovun, həm də
V.Səfərlinin borclarının ödənməsi üçün yetərincə kifayət edir və hətta artıq da qalır.
O pullarımızı bu adamların borclarına silmək olar. Qalacaq borclarımızı isə ödəmək problem deyil. Heç
bir zaman məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etməmişəm. Nə zaman imkan olub, o zaman
da ödəmişəm.
RÜŞVƏT MADDƏSINƏ GƏLINCƏ...
311-ci maddədən isə çox danışmışıq. Buna artıq “şər maddəsi” də deyirlər. Bu maddə hakimiyyətin
məni şərləmək üçün istifadə etdiyi maddədir. Buradakı baş memar – Gülər Əhmədovanı artıq bütün
dünya tanıyır. Ona hamı təqsirsizlik prezumpsiyasını gözləmədən “dələduz”, “fırıldaqçı”, “şantajçı”,
“qara ləkə” və s. deyirlər. Bunu həm də dövlət və dövləti idarə edən hakim partiyanı idarə edənlər deyir.
Məlum olur ki, məni ölkənin ən dələduz, şantajçı, rüşvətxor, fırıldaqçı, “Min adamın başını aşağı salan”
adam, həbs etdirib. Ortada da heç bir sübut yoxdur. Şərin buynuzu olmur ki?
Rüşvət alan adam, rüşvət tıələb edən adam niyə qaçsın ki? Gülər yanımdan gedən kimi, həmkarlarıma,
“səsimi yazdı...”, “mənə pul təklif elədi...” demişəm. Rüşvət tələb edən adam bunu aləmə bəyan edir?
Hakimiyyətin oyunları başlayanda, onların məkrli planlarını öyrənəndə bütün ölkə və dünyanı xəbərdar
etmişəm. “Məni R.Mehdiyev qadın millət vəkilinin əli ilə pulla şantaj etdirib, tutdurmaq istəyir...”
demişəm. Yazmışam – belə rüşvət tələb etmək olur?
Nə rüşvəti, nə də onun vədini qəbul etməmişəm. Həbsimdən 42 gün əvvəl bu haqda bütün dünyanı
xəbərdar etmişəm. Belə rüşvət olur?
Dəfələrlə xahiş edib, məni iş yerinə, otağına dəvət edib. Getməmişəm, o mənim iş yerimə gəlib - belə
rüşvət istəmək olur?
Rüşvəti almağın yollarını sabiq deputat G.Əhmədova E.Abdullayevlə olan son videogörüntülərində özü
göstərib. Başının dəstəsilə gedir, təhdid edir, alır, sayır, çemodanlara doldurur, sonra da çıxıb gedir.
Vəssalam.
BU DA 311-CI MADDƏ!
Bu “şər maddəsi” mənə şər yaxanların başında elə çatladı ki, bütün dünya şahid oldu. Bu, həm də,
İlahinin, Tanrının, Allahın, Xudavəndi-Aləmin, Yaradanın, Rəbbin, Xudanın görkü idi. İnsanlara
xəbərdarlığı idi ki, insanı şərləmək olmaz!
53
Bu insanlar – Gülərdən qeyriləri də bu oyunun tərkib hissəsidirlər. Bircə sual yetir, bu üzəduranları
tanımaq üçün – bu 7 ildə harada idiniz?
Niyə məhkəməyə verəndə bu faktları dilə gətirmədiniz, niyə bunların hamısı R.Mehdiyevin müsadirəsini
gözlədi?
Baş prokuror demiş, “bəs, 7 ildir harada idilər? Niyə hərəsi bir tərəfə, bir ölkəyə qaçır?”
A.Məmmədov deyir ki, mən nə rüşvət vermişəm, nə də məndən rüşvət tələb olunmayıb. S.Tarverdiyev
deyir, “Mən heç kimə rüşvət verməmişəm...” Niyə? Elmarın özü harada idi ki?
A.Heydərov isə qaçıb, girib Mərkəzi Klinik Xəstəxanaya ki, bura gəlməsin...
SÖZ, YOXSA AĞIR CINAYƏT!?
Mən bütün şüurlu ömrümü Azərbaycana, onun milli
maraqlarına xidmət etmişəm. Rüşvətlə, narkomaniya ilə,
korrupsiya ilə, anti-milli meyllərlə döyüşmüşəm. Bütün
ömrümü bir Azərbaycan vətənpərvəri və türk milliyyətçisi
kimi yaşamışam və bundan sonra da elə davam edəcəyəm.
Bu məhkəmə prosesinin, ondan əvvəl də istintaqın davam
etdiyi müddətdə yalnız hansısa yazıdan və kimlərinsə o
yazılardan narahatlığından bəhs olunub. Sözdən başqa bu
cinayət işində heç nə yoxdur. Ona görə də haqqımda
qaldırılan bütün maddələr boş və cəfəngiyyatlar üzərində
qurulub. Azərbaycanı sevmək, bu ölkənin övladlarının
narkotikanın cəngində can verməməsini istəmək, rüşvət və
korrupsiyaya qarşı amansız olmaq, Azərbaycan xalqının milyardlarını havaya sovuranlara asi olmaq,
bunu yazmaq, tənqid etmək, Azad sözü qorumaq, müstəqil mətbuatı məhv edən mətbuat qatillərinə
savaş açmaq, mətbuatı əl buyruqçusu edən mətbuat qəssablarının dünyanı başlarına dar etmək agır
cinayətdirsə, o zaman deyəcəyim heç nə yoxdur. Yox, əgər bunlar cinayət deyilsə, Azərbaycan da
hüquqi dövlətdirsə, Avropa məkanına inteqrasiya ediriksə, Avropa İnsan Hüquqları Məhkəməsinin
yurisdiksiyasında gələcəyimizi müəyyənləşdiririksə, o zaman mənim yazdığım, “Xural” qəzetinin dərc
etdiyi bütün tənqidi materiallar normaldır və hamısına dözümlə yanaşmaq lazımdır. Kiminsə, hansısa
yazı xoşuna gəlməyə bilər. Bunun hüquqi dövlətlərdə yolu var...
Amma heç bir halda sözün, Azad Sözün, Müstəqil Sözün, irticaya satılmayan Sözün, şərlə, böhtanla,
üzədurma ilə Ağir Cinayət olmasına imkan vemək olmaz!
Belə tarix yazmaq olmaz!
Tarix belə Agır Cinayətlər Məhkəmələrini lənətləyəcək!
Sözə bəraət lazımdır!
Bəraət sözün haqqıdır!
Söz bəraət istəyir!
“Xural” qəzetinin baş redaktoru Əvəz Tapdıq oğlu Zeynalov
12.11.2012
Dostları ilə paylaş: |