Китаб дил фялсяфяси иля мяшьул олан, дили хцсуси обйект кими сечян мцтяхяссисляр (маэистр, докторант вя и.а.) цчцн мараглы мянбядир.
ÖN SÖZ 9
I. ÜNSİYYƏTİN MODELİ 11
I.1. Ümumi qeydlər 11
I.2. İşarə, anlam və məna 13
I.3. Ünsiyyət və məna 29
I.4. Ünsiyyət və interpretant 39
I.5. Ünsiyyət və digər motivli işarələr 41
a) İkonik işarələr 41
b) Deyktik işarələr 43
c) Simvolik işarələr və kodlar 43
I.6. Ünsiyyətdə konnotasiya 46
I.7. Fəslin ədəbiyyatı və qeydlər 48
II. Semiotika və ya semiologiya 50
II.1. Semiotikanın mahiyyəti və tərifi 50
II.2. Semiotikanın ümumi məsələlərinə dair 53
II.3. Semiotikanın sahələri 56
II.4. Fəslin ədəbiyyatı və qeydlər 63
III. Semiotikanın tarixinə bir baxış 66
III.1. Qədim dövrlərdən pirsəqədərki semiotika 66
III.2. Semiotikada Ç.Pirs mərhələsi 71
III.3. Semiotikada Ç.Morris mərhələsi 77
III.4. R.Yakobson və semiotika 79
III.5. Semiotikanın müasir mərhələsi 91
III.6. Fəslin ədəbiyyatı və qeydlər 94
IV. Aşağı səviyyəli semiotik sistemlər 99
IV.1. Heyvan “dili” haqqında 99
IV.2. Arıların ünsiyyəti 103
IV.3. Həşəratlar və intensional işarələr 108
IV.4. Bəzi heyvanların “ünsiyyəti” insanlarınkına yaxındır 110
IV.5. Fəslin ədəbiyyatı və qeydlər 116
V. İnsan dilinin yaranması 117
V.1. İlkin dil haqqında 117
V.2. Semiotika və dil 121
V.3. İnsan dilinin formallaşması 126
V.4. Fəslin ədəbiyyatı və qeydlər 132
VI. İşarə sistemlərinin 133
ümumi səciyyəsi 133
VI.1. İşarə situasiyaları haqqında 133
VI.2. İşarələr axını haqqında 142
VI.3. İşarə sistemlərinin genezisi və ontogenezi 148
VI.4. Sadə və qeyri-sadə işarələrin qarşılaşması 150
VI.5. İndeks işarələr biokommunikasiyada 152
VI.6. İşarə–simvollar təbii və süni 157
semiotikalarda 157
VI.7. Düzəltmə və mürəkkəb işarələr 162
VI.8. İşarələrin və işarə sistemlərinin məzmunu 168
VI.9. Fəslin ədəbiyyatı və qeydlər 175
VII. Dil spesifik işarələr sistemi kimi 177
VII.1. Ümumi qeydlər 177
VII.2. Dil işarələrinin digər işarə sistemlərindən fərqləri 178
VII.3. İşarələrin binar təsnifinin texnikası 187
VII.4. İşarələrin funksional baxımdan təsnifi 198
VII.5. Fəslin ədəbiyyatı və qeydlər 204
VIII. İşarə sistemlərinin 206
struktur tipləri 206
VIII.1. Ümumi qeydlər 206
VIII.2. Paralinqvistikanın struktur cizgiləri 208
VIII.3. Mədəniyyətin işarə sistemləri 213
VIII.4. İncəsənətin semiotikası 218
a) Teatr 220
b) Musiqi 222
c) Digər incəsənət semiotikaları 228
VIII.5. Verbal incəsənətin semiotik özəlliyi 235
VIII.6. Fəslin ədəbiyyatı və qeydlər 237
IX. Dil işarələrinin sintaksisi 239
IX.1. Ümumi qeydlər 239
IX.2. Paradiqmatik və sintaqmatik əlaqələr 240
IX.3. Müxtəlif səviyyələrdə paradiqmatik 242
və sintaqmatik əlaqələr 242
IX.4. Dil işarələrinin ikitərəfliliyi (bilaterallığı) 245
IX.5. Dil işarələrinin bölünməzliyi (diskretliyi) 248
və ixtiyariliyi 248
IX.6. Dil işarələrinin hierarxikliyi 250
və ikili üzvlənməsi 250
IX.7. Fəslin ədəbiyyatı və qeydlər 252
X. Dil işarələrinin 253
semantik sahələr üzrə təhlili 253
X.1. Ümumi qeydlər 253
X.2. Dil işarələrinin semantik sahələr üzrə 256
bölgüsü 256
X.3. Dil işarələri cümlədə 263
X.4. Söz mənasının müxtəlif üsullarla açılışı 280
X.5. Məna və koqnisiya 292
X.6. Cümlə semantikası 309
Fraqment qrammatikası 310
X.7. Model nəzəriyyəsi semantikası 319
X.8. Fəslin ədəbiyyatı və qeydlər 336
XI. Dil işarələrinin praqmatik 337
və siqmatik xüsusiyyətləri 337
XI.1. Ümumi qeydlər 337
XI.2. İşarələrin aspektləri haqqında 337
XI.3. Dil işarələrinin praqmatik 346
və siqmatik təhlili 346
XI.4. Fəslin ədəbiyyatı və qeydlər 351
Ad göstəriciləri 352
Özək sözlər 355
Semiotika sahəsində son illərdə çoxşaxəli fikirlərə və mülahizələrə rast gəlmək olur. Müasir dilçilikdə semiotikanın geniş vüsət almasına R.Yakobson, T.Sebeok, U.Eko, A. Qraimas və rus dilçiliyində Y.Maslov, Y.Stepanov, N.B.Meçkovskaya kimi alimlər güclü təkan vermişlər. Hazırda bütün elm sahələrində semiotik ümumiləşmələrə can atırlar.
İndi biokommunikasiyadan tutmuş canlı insan dilinə qədər hər yerdə semiotik baza axtarılır. Dil də xüsusi semiotik işarə sistemi olmaqla bərabər digər semiotik sistemlərlə oxşar cəhətlərə malikdir. Bu hər şeydən öncə dilin də başqa semiotik sistemlərdə olduğu kimi əsas funksiyalarından birinin məlumatın törəməsi, saxlanılması və ötürülməsi funksiyasını yerinə yetirə bilməsindədir. Ancaq başqa semiotik sistemlərdən fərqli olaraq dilin ən başlıca fərqləndirici cəhəti onun maddi tərəfinin səsdən ibarət olmasıdır. Dil səsləri deyilməli, tələffüz edilməli və eşidilməlidir. Musiqi də ifa olunur, çalınır və eşidilir, ancaq o heç vaxt dili əvəz edə bilməz, çünki musiqidəki tonları və ton ardıcıllığını adi adam başa düşə bilmir. Adi adam musiqini bütöv, hissələrinə parçalanmayan melodiya kimi dərk edir. Bu, melodiyada, fransız dilçisi A.Martine demişkən, birinci və ikinci üzvlənmə yoxdur, danışıq aktında olduğu kimi, musiqidə fonem və morfem ardıcıllığı yoxdur. Deməli, musiqinin maddi tərəfi var, bu mənada o, dilə oxşayır. Ancaq deyildiyi kimi, melodik substansiya diskret elementlərin ardıcıllığından ibarət deyildir. Musiqidə də ayrı-ayrı tonları göstərməyə və bütöv musiqi əsərini onların ardıcıllığı kimi şərh etməyə cəhd göstərilsə də, musiqidəki /do, re, mi, fa, sol, lya, si/ notları dildəki fonemlər kimi ixtiyari və diskret deyildir. Dildə fonemin birini götürüb yerinə başqasını qoysaq yeni bir işarə yaranar. Ancaq musiqidə bu cür rəftar etmək olmaz. Belə yerdəyişiklik kakofoniya yaradar.
Dil işarələri digər semiotik sistemlərdən məhz maddi substansiyasının yalnız səslərdən ibarət olması ilə seçilir. Lakin bununla yanaşı, dil də bütövlükdə spesifik işarələr sistemi yaratdığı, həm də digər işarələr arasında daha mükəmməl olduğu üçün onun ümumi semiotika adı altında birləşdirilməsi müasir elmin tələbidir. Bütün bunları nəzərə alaraq və humanitar elmlər sahəsində fonologiyanın yeni söz sahibi olduğunu əsas götürərək biz «Semiotika» adı altında bir əsər yazmağı çoxdan planlaşdırmışdıq. Onun bu şəkildə reallaşması yalnız indi mümkün oldu.
Kitabda işarə ümumi nəzəri və fəlsəfi planda araşdırılır, ontogenez və filogenez baxımdan işarə sistemləri öyrənilir, biokommunikasiyadan tutmuş insan dilinə qədər sadə və mürəkkəb semiotik sistemlər, habelə mədəni və süni işarə sistemləri dərin təhlil edilir, onların insan cəmiyyətində yeri və rolu şərh olunur və insan dili geniş material əsasında təhlil edilir. Aydındır ki, bu kitab ilk təşəbbüsdür və elə buna görə də nöqsanlarsız deyildir. Bütün nöqsanları görüb müəllifə çatdıracaq adamların hamısına bəri başdan təşəkkürümü bildirirəm.
Qəti şəkildə inanıram ki, bu kitab bir sıra ixtisas sahibləri, o cümlədən filosof, psixoloq, dilçi və semiotiklər üçün maraqlı informasiya mənbəyi olmaqla, həm də tez-tez müraciət olunan bir qaynaq olacaqdır və gələcəkdə bu sahədə çalışanlar üçün bir dayaq rolunu oynayacaqdır.