F. H. Zeynalov


VI.2. İşarələr axını haqqında



Yüklə 1,55 Mb.
səhifə9/19
tarix22.04.2017
ölçüsü1,55 Mb.
#15298
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

VI.2. İşarələr axını haqqında
İşarələr axını sonsuz bir prosesdir, kontinuumdur (semantik cərgə), sinonimlər cərgəsi: /dahi, böyük, tanınmış, istedadlı, talantlı/ və s. Bu cərgəni davam etdirmək də olar. Onlar bir növ qarşılaş­ma­lar yaradır, ortada isə bir-birindən çox az fərqlənən əlamətlər olur.

Başqa bir misal: kişi, qadın, ortada isə hermofrodit.

Dünyanın semiotik mənzərəsini vermək üçün hər bir sahədə gerçəkliyin taksonomik bölgüsünü işləyib hazırlamaq lazımdır.

İşarə sistemlərini 3 əlamətə görə səciyyələndirmək olar:

I.Fiziki (maddi) əlamətə görə; II.İşarələrin genezisinə görə; III.İşarə sistemlərinin strukturuna görə.

I.Fiziki əlamətinə görə insanın ətraf aləmi qavraması baxımından 5 cür işarə sistemi var:

1. Optik, görmə vasitəsiə qavrama (uzaq və yaxın məsafədən əşya və prdmetləri görüb fərqləndirmək);

2. Eşitmə, insan ünsiyyətində aparıcı yer tutan qavrama vasitəsi (insan qulağının yuxarı və aşağı eşitmə həddi vardır);

3. İybilmə, burun vasitəsilə ətrafdakıların iyini duymaq və reaksiya vermək (iylənmiş yumurta və ya digər ərzaq məhsulundan yaranan təəssüratlar);

4. Lamisə və ya bədənin istənilən yerinə toxunmaqla yaranan qıcıqlanma (isti və ya soyuq suda əllərimizi çox saxlayanda yaranan təəssüratlar);

5. Dadbilmə, ağızda dilin fəallığı ilə qavrama və reaksiya (çox duzlu, acı, şirin şeyləri yeyəndə alınan təəssüratlar).

II. Genezisinə görə təbii (anadangəlmə, bioloji); qeyri-bioloji (mədəni, etnik dillər, davranış, paltar, etiket, din, incəsənət); süni semiotiklər (insanların şüurlu şəkildə yaratdıqları sistemlər (xəri­tələr, riyazi simvollar, yol hərəkəti qaydaları, süni dillər və s.) fərqləndirirlər1.

III. İşarə sistemlərinin strukturuna görə birsəviyyəli (birlaylı, məsələn, meymunların çığırtısı, yol hərəkəti nişanları) və səviyyəli (etnik dillər, ərəb rəqəmləri, incəsənətin böyük hissəsi) və s. işarələr fərqləndirirlər.

Birincidə fiziki əlamətinə görə işarə sistemləri ən mühüm vasitədən-görmədən ən az əhəmiyyətliliyə -dadbilməyə doğru düzü­lüb. Bu da yer üzündə həyatın evolyusiyasını əks etdirir. Heyvan­larda və insanlarda 5 sistemin 5-i də var. Jestlər, mimika və into­nasiya görmə və eşitmə ilə həyata keçirilir. Paltar, davranış və etiqat bütün növlər vasitəsilə mümkündür. Dində dadbilmədən başqa hamısı iştirak edir, incəsənətdə görmə və eşitmə, riyazi formullarda görmə, yol hərəkətində görmə və eşitmə vasitəsilə olur.

Optik işarələr: bizdə deyirlər on dəfə eşitməkdən bir dəfə görmək yaxşıdır. Ancaq bəzi heyvanlarda lamisə 1-ci yerdədir. Deməli, təkamül baxımından filogenetik birincidir.

Görməni axırıncı hissetmə orqanı hesab edirlər, ancaq o intel­lektin formalaşmasına daha çox təsir edir. Görmə maksimum ötü­rücülük qabiliyyətinə malik kanaldır: uzaqdan görmək, fiqurları və rəngləri, obyektləri seçmək. Görmə sensor informasiyanın 80-85%-ni təşkil edir.

Optik işarələrə aiddir: 1. Arıların rəqsi. Qidanı axtarmağa ge­dən arılara ana arı rəqslərlə qidanın yerini və istiqamətini ötürür. Arılar təkcə rəqslə yox, həm də rəqsin intensivliyi və vızıltı ilə xəbər verirlər. Deməli, informasiyanın ötürülməsində həm də audi­tiv kanal iştirak edir.

2. Ağalıq etmə və tabeolma pozası (duruşu). Güclü erkək heyvanlar arasında hər şeyin yaxşısını və çoxunu seçir (qidanı, dişini, ərazini və s.). Ancaq onlar balacalara güzəşt edirlər. Bu instinktdir. Quşlarda, balıqlarda və yüksək inkişaf səviyyəsinə çatmış heyvanlarda bu çox yayılıb.

Məsələn, canavarlar güclülərin qarşısında oturub quyruqlarını qısırlar. Yüksək səviyyəli heyvanlarda erkəklər xüsusi vəziyyətdə durub, səs çıxardır. Holland etoloqu Y.van Hoof şimpanzelərdə 60-a qədər müxtəlif poza və bədən hərəkətləri müşahidə edib. Şim­panze əsəbləşəndə iki ayağı üstə qalxır, tükünü tərpədir, ağacın budaqlarını silkələyir, sərələnərək oturur.

3. Heyvanların ünsiyyətində rəng də mühüm rol oynayır. Dişi balıqda döl vaxtı qarında al qırmızı rəng əmələ gəlir. Oxuyan quşların dimdiyi sarı, dimdikyanı sahə isə sarıya çalır. Bu da qaranlıqda ana quşun balasını tapmasına kömək edir.

4. Jestlər və mimikalar optik işarələrdir. Buraya proksemika (latınca “proximo”-yaxınlaşıram) ünsiyyət zamanı kommunikantlar arasındakı məsafə, taktil hərəkətlər (əl sıxma, çiyninə vurma, sığallama, qucaqlama, öpüş və s. başqa adama toxunma (həm də görmə), həmçinin baxış (mahnıda deyirlər: baxışından qanıram mən), baxışla ən incə və açıq siqnallar vermək olur, insanın gözləri çox hərəkidir.

Bunlar paralinqivistik vasitələrdir. Çox təssüf ki, bəzi alimlər intonasiyanı da bura daxil edirlər. Ancaq intonasiyanı yalnız emo­sional və ekspressiya mənasında paralinqvistik vasitələrə aid etmək olar.2 Davranışda optik işarələr (bayram paltarı, hərbi parad paltarı) çox yer tutur. Optik işarələr (dində; müxtəlif pozalar, əyilmə, hindularda əllərini qaldırıb alnında birləşdirmə, türklərdə əlindən öpmə və s.)

İncəsənətdə optik işarələr (səhnədə, pantomimdə, orkestrdə çalanların paltarı və pozası, rejissorun frakı) belə işarələrdəndir və s.

Təbii dildə optik işarələr-yazı, Brayl və Morze əlifbası, lal-karlarda, surdopedaqogikada və s. Əl hərəkətilə həyata keçirilən ünsiyyət (Manuel dil- lat.manus-əl deməkdir) də optik iıarələrə əaslanır.

Hieroqliflər hər hansı bir hərəkət və ya hadisə haqqında təsəvvürdür. Yol hərəkəti nişanları, coğrafi xəritə, riyazi simvolika da optik işarələrə aiddir.

Eşitmə (səsli və ya auditiv) işarələr. İnsanlarada və əksər heyvanlarda eşitmə gözdən sonra ikinci mühüm informasiyanı dərketmə kanalıdır.

Heyvanlarda səs işarələri: hürmə və zingilti (itdə), mələmə (inəkdə) myoldama (pişikdə), meymunun çığırtısı, canavarın ula­ması və s. bu cür işarələrdir.

Məcburi deyil ki, səs ağızdan çıxsın, quşlar qanadlarını şappıldadırlar, qorilla gah bir, gah da o biri əlilə döşünə vurur.

Oxuyan quşlara oxumağı öyrətmək olur, ancaq meymunlar yalnız jest dilini öyrənə bilirlər.

Davranış və etiketdə eşitmə işarələri (Yemək yeyəndə danış­ma, danışanda hıqqıldama, dilini marçıldatma və s.). Qapını döymək, qonaq gələndə yaylım atəşi açılır, himn oxunur və s.

Dində əzan, kilsə zənglərinin səsi,

İncəsənətdə: opera, teatr, musiqilə izləmə və s.

Təbii dildə: fonematik eşitmə gec formalaşır. Eşitmə zonaları sol yarımkürədə, qeyri-dil səsləri isə sağ yarımkürədə qəbul olunur.

N.İ.Jinkinə görə insanda dillə yanaşı metadil formalaşır. Metadil eşidilən səslərə qulaq asıb, onların yaranmasını nizamlamaq deməkdir. Fonematik eşitmə elə metadil eşitməsidir ki, insan eşitdiyinin düzgünlüyünü müəyyən edə bilir.3

Pıçıltılı danışıq informasiyanın fonoloji strukturunun akustik-artikulyator cəhətdən güclü reduksiyası şəraitində olur.

Fit çalmaqla və ya təbiətlə informasiyanın ötürülməsi də, T.Se­beok demişkən, dilin yardımçılarıdır. Adamlar fitlə fikirlərini deyə bilir.4 Məşədi İbadda Sərvər fitlə Gülnazı çağırır.

Yol hərəkəti siqnallarında avtomobilin və ya qatarın siqnalı, nizamlayıcının fiti, kar və lallar üçün işıqtaforun səsli işarələri və s. Coğrafiya və riyaziyyatda səsli işarələr olmur.

İybilmə işarələrinə aiddir: dişi heyvan erkəyin iyini 2 km-dən bilir, böyük gözlü kəpənəklər öz dişi taylarının iyini 8 km-dən duyur.5

Belarus inanclarına görə, güclü sarımsaq iyinə dözməyənlər, cadugər və vedmadırlar. İy xeyir və şərin, ağlın və axmağlığın, sadəlövhlüyün və lovğalığın, əməksevərliyin və tənbəlliyin bildiri­cisidir. Sevginin əsas göstəricisidir. Pis iyi gələni heç kəs sevməz.

Heyvanlarda iybilmə: özününkülərini tanıması, məs., pinqi­vin öz balasını iyindən, qarışqa öz yuvasından azmış qarışqanı tanıyır. İyin jestukulyasiya və mimikaya dəxli yoxdur.

Davranışda iybilmə: İncildə 30-a qədər iy növləri göstərilir. Toyda ətir vurarlar, yasda onu qadağan edərlər.

Dində: xiristianlıqda balzamdan xaç suyuna salanda bədənə sürtmək üçün istifadə edirlər. Müsəlmanlarda, gül yağından dəfindən sonra istifadə edirlər.

İncəsənətdə: iydən demək olar ki, istifadə olunmur. Ancaq K.S.Stanislavski (1863-1938) MKAİ-da “Albalı bağını” tamaşaya qoyanda albalı çiçəyindən istifadə edib.

Süni sistemlərdə çox nadir halda iydən istifadə olunur. Şaxtada xüsusi qazdan istifadə olunur.

Toxunma işarələri:

Heyvanlardan meymunlar bir-birinin tükünü təmizləyir. Şimpanzelərin qucaqlaşması toxunmaya misal ola bilər.

Bəzən jest və mimika ikisi birləşir. Öpüş həm jestdir (görün­mə), həm də toxunmadır.

Davranışda və etiketdə: salamlaşma, vidalaşma, öpüş. Brej­nevin Honekerlə öpüşü. Razılığa gələndə əl-ələ vermə. Baltik ölkə­lərində minlərlə adamın əl-ələ verib (1991) azadlıq uğurunda kütləvi hərəkatı buna bariz nümunədir.

Dində: əl öpmə, ikondan öpmə.

İncəsənətdə toxunmadan, demək olar ki, istifadə olunmur.

Təbii dildə: əl əlifbası, yəni L.Brayl əlifbası. Hər işarədə 6 nöqtə var. Kor nöqtə kombinasiyalarını xüsusi kağızda basır və barmaqları ilə “oxuyanda” sözü tanıyır. İlk dəfə Brayıl əlifbası ilə kitab Fransada 1837, Rusiyada isə 1885-ci ildə çapdan çıxıb. İncəsənətdə demək olar ki, bu cür əlifba yoxdur.

Dadbilmə işarələri:

Heyvanlarda:

heyvanlar əmməklə ləzzət alırlar. Arılar matkanı yalamaqla yumurtalıqların inkişafını dayandırır.

Mimika və jestukulyasiyanın birbaşa təsiri yoxdur. Ancaq məc­lislərdə tost deyəndə bu həm görmə, həm eşitmə, həm də dad­bilmə ilə səciyyələnir.

Davranış və etiketdə. Müxtəlif mərasimlər, banket hörmətin simvoludur.

Qonağın duz və çörəklə qarşılanması.

İncəsənətdə işlənmir.

Təbii dildə: gürcülərdə buynuzdan çaxır içmək, almanlarda bruderşaft (qardaşlıq), freundşaft (dostluq) rəmzi olan içki məclisləri də toxunma işarələrinə aiddir. Süni semiotika sahəsində əsasən görmə və eşitmə siqnalları çıxış edir. Şifahi və yazılı danışıq təbii dilin özünəyetərlilik və avtonomluq prinsiplərinə əməl edir. Eşidilən nitq kifayət qədər yetərlidir ki, informasiya etibarlı sayılsın. Yazı isə məlumatı uzaq məsafələrə vermək ucbatından yaranmışdır. O, bəzən şifahi nitqi üstələyir. Məsələn, janrlar ancaq mətndə mövcuddur: arayış və ensiklopediyalar, elmi-texniki dokumentasiya, kataloqlar, patentlər, biblioqrafiyalar süni semiotika işarələrdir.

VI.3. İşarə sistemlərinin genezisi və ontogenezi
Təbii və mədəni semiotikalar (təbii və süni) əsas geneoloji qarşılaşmalar yaradır.

Təbii və mədəni semiotikalar arasındakı geneoloji əlaqalər iki istiqamətdə olur: 1) həm insan, həm də heyvan üçün ümumi olan bioloji semioz; 2) müəyyən mədəni semiotik işarələrdə forma və məzmun oxşarlıqları olan semiozlar.

Müxtəlif heyvanlarda və quşlarda 10-dan 40-a qədər səs-məlumat fərqləndirilir. Oxuyan quşları oxumağa öyrətmək olur. Gə­mi­ricilərdə körpələrin böyükləri yamsılaması ilə jest və mimika formalaşır.

Cinsi əlaqəyə girmək istəyən quşlarda əvvəlcə erkəklər rəqs edir. Bu zaman səs çıxarırlar. Erkək qarğalar dişilərin ətrafında rəqs edərək qanadlarını açır, tüklərini aralayırlar.

Hələ Ç.Darvin (1809-1888) yazırdı ki, musiqili səs çıxartmaq instinkt qa­billyəti ən aşağı səviyyəli heyvanlarda inkişaf edib. Onun fikrincə, sonralar dil bu əsasda yaranıb. Erkəklər dişiləri cəlb etmək üçün tam səsli nəğmə oxuyurlar. Bizim bütün mahnılarımızın kökündə məhəbbət durur.

Meymun barmağı ilə yanına çağırır.

Ç.Darvinə görə emosiyalar heyvanda və insanda oxşardır, insanda bu anadangəlmədir. Əsas emosiyalar (sevinc, qəzəb və s.) həm heyvanda, həm də insanda eynidir. Emosiyalar hərəkətlər və müx­təlif səslər doğurur. Uşaq sevinəndə əllərini bir-birinə vurur və tul­lanıb düşür. İnsan yadına nəyisə salmaq istəyəndə boynunun ardını qaşıyır.

Sosioetoloji oxşarlıq özünü heyvanda və insanda da göstərir. Hey­vanlar şiri görəndə fərəqət dururlar. İnsanlar böyüklərin qar­şısında oturmurlar. Deməli, təbii və süni semiotiklər axın (konti­nuum) təşkil edir. Təbii və süni semiotikaların qarşılaşmasının dərə­cəli xarakteri ünsiyyət vasitələri kimi formalaşır. Təbii semiotikalar kortəbiidir, özü-özünə yaranır. Bunlar tarixən xüsusi ünsiyyət vasitələri kimi formalaşır, bəşəriyyətin mədəniyyət tarixinin elementləridir.

Süni işarələri insanlar yaradır: əlifbalar, ərəb və roma rəqəm­ləri, riyazi simvolika, coğrafi və astronomik xəritələr, kimyəvi formullar, rəqs və musiqi yazı sistemləri, şahmat oyunu qaydaları, ordu bölmələrinin işarələri, şəhər və ölkə gerbləri, bayraqlar, emb­lemlər (spartakiada, çempionat və s.), bəzi Britaniya məktəblərində buraxılışda taxılan qalstuklar, yol, ticarət işarələri və s.

İnsan dilinin təbiiliyinə heç kəs şübhə etmir. Ancaq qrafikadakı islahatlar, elmi-texniki terminologiyada kabinet və ya nomenklatur şüurlu planlaşdırmada sünülik var. Süni dillər də bura aiddir (esperanto, ido, volapük, oksidental və s.). Əlifbanı adətən kiminsə adı ilə bağlayırlar. Burada həm stixiya, həm də təkamül başlanğıc özünü göstərir. Əlifbada əlif qədim yəhudi dilində öküz demək idi. Ancaq burada mnemotexnikadan başqa qədim mifoloji izahat da kara gəlir. O, mifologiyada ən uca ilahi qüvvə “öküz” imiş. Ancaq Alfa, əlif və “A” yəqin ki, “qo” çevrilmiş sxematik işarə kimi () buynuzu bildirirdi.

863-cü ildə Kirill qlaqolisanı yaratmaqla yunan əlifbasında olmayan bəzi işarələri verməyə çalışmışdı.

Təbii və mədəni semiotiklər axınında dilin rolu ondan ibarətdir ki, o, mədəni, təbii aləmi həm birləşdirir, həm də bölür.

Mədəniyyətin bütün işarə sistemləri dilin köməyilə yaranıb və yaranır. Dil yaradıcı element gətirdi. Ancaq insan dilində olmuşlar və olacaqlar haqqında geniş fikir söyləmək olar. Elmi mövzularda abstrakt şəkildə danışmaq mümkündür.

R.Yakobson 1968-ci ildə fransız televiziyasına müsahibədə dili bioloji fenomen hesab edərək, onun bütün fenomenlərlə bağlı olduğunu vurğulayırdı. O, deyirdi ki, dilin fonetik və qrammatik qanunlarını insan 3 yaşından mənimsəyir. Dilin bioloji əsasa malik olması onu bütün digər mədəni fenomenlərdən fərqləndirir.

Əsas semiotikaların mənimsənilməsi ontogenezi üç inikası əhatə edir: a) bilik, bacarıq irsən keçir, ola bilər ki, müxtəlif cür olsun (heyvanın uçuşu, insanın yeriməsi və s.); b) tədricən öyrənmə (böyüdükcə); c) süni (məktəbdə, formal şəkildə) öyrənmə.

N.Xomski də dili anadangəlmə hesab edir. Başqa bioloji hadisələr kimi, əlimiz və qılçalarımız böyüyür, quşlarda isə qanadlar, bəzi heyvanlarda buynuzlar və s. inkişaf edir.

Amerikada 2 yaşlı uşaq yazmağı danışmaqdan əvvəl öyrənib. O, valideyinləri evdə olmayanda televizorun qarşısında oturub ekranda gördüklərini kağıza köçürürmüş.

Uşaq ana dilini təbii mənimsəyir: oxumağı və yazmağı isə ana dili dərsləri vasitəsilə öyrənir. Bundan başqa bu dərslər insanın dil və kommunikasiya kompetensiyasının dərəcəsini artırır.5



VI.4. Sadə və qeyri-sadə işarələrin qarşılaşması
Taksonomik şərh bu iki işarə növünün qarşılaşmasından baş­lasa da, onların fərqli və oxşar cəhətlərini görə bilərik.

Sadə işarələr özlərində başqa işarəyə malik deyil və ilkindirlər, yəni nə formal, nə də semantik cəhətdən düzəltmə deyillər: itin hürməsi, xoruzun banı, xudahafizləşmə işarəsi (hələlik), dilin sözləri, təcili yardımın ayparası, yol nişanları (ötmək qadağandır, bərabərlik işarəsi, musiqidə açar , müəllifin hüququnun qorunması işarəsi ©, qızılın xəritədə yeri və s.)

Mürəkkəb işarələr bir neçə sadə işarənin birləşməsidir. Məsə­lən, itin hürməsi və dişini qıcadaraq mırıldaması, xüdahafizləşəndə əllə görüşmə və öpüşmə, sözlə “hələlik” söyləm (cümlə), müqayisə (qar kimi ağ), metafor, trop, şeir, təsviri incəsənət əsəri, uşağın xaç suyuna salınması və ya sünnəti, coğrafi xəritə, rəqəmlərin istənilən birləşməsi (0,8,08), formul (2+2), banknot, hərbidə mundir, emblem və şalvarın qırağında zolaqlar və s.

Ümumiyyətlə, sadə və mürəkkəb işarələrin səviyyə və hierar­xiyasını tam müyyənləşdirmək hələ mümkün olmamışdır.

Semiozisin üç mərhələsi və işarələyənlə işarələnən arasındakı əlaqənin xarakterinə görə işarələrin 3 tipini fərqləndirirlər, bu zaman əlaqə iki cür olur.

1) motivləşən, yəni təbii, şərti. Bunlar da iki cür olur: a) hadisələrin qarışması; 2) onların oxşarlığı. Ç.Pirs işarələyənlə işarələnənin 3 əlaqə tipini əsas göstərərək işarə-indeks, işarə-kopiya və işarə-simvolları fərqləndirirdi.

Bunlar semiozisin əsas mahiyyətini açır.

1) İşarə-indeksləri simtomlar da adlandırırlar (təbabətdə, əlin qızarması hərarətin qalxmasının, xəstəliyin əlamətidir). Bunları metonomik xarakterə malik kimi göstərirlər. Burada təbii üst-üstə düşmə var.

2) İşarə-kopiyalar (bunlara ikonlar, ikonik işarələr də deyirlər). Burada oxşarlıq, bənzərlik var. Bunlar metaforikdir: juk (cücü)-juk (bar) və s.

3) İşarə-simvollarda motivləşmə yoxdur. Niyə balıq balıqdır, 4 isə 4-ü bildirir.

Bu üç səviyyə əlaqələri tam əks etdirir. Onlar dərəcəni bildirir. Az şərtlilik indeksə, çox şərtilik isə simvollara xasdır.

Ç.Pirs qraduallığı başa düşürdü. Ona görə ikonik işarələrin bir neçə növünü fərqləndirirdi: a) obrazlar (bilavasitə oxşarlığa əsas­lanır); b) sxemlər (predmetin quruluşunun təmsilçisi – sözün cümlədə yeri, formullarda işarələr); c) metaforlar (mənanı başqa bir şeydəki paralelizmlə təmsil edir); ç) şifterlər. Bu yenidən qoşulma deməkdir, onu 1920-ci ildə O.Yespersen qrammatikaya qrammatik kateqo­riya­ların funksional birliyini göstərmək üçün gətirib. Onlar məlumatın xarakterini dəyişir.



VI.5. İndeks işarələr biokommunikasiyada
İndeks işarələr heyvanlarda çox müşahidə olunur, zahiridir, amma heyvanın daxili və ya somatik vəziyyətini də bildirir (hiss, sevinc, seksə ha­zırlıq). İt quyruğunu tərpədərək mırıldayır, pişik isə yalayaraq miyoldayır. İşarəlilik partnyora müraciətdə ifadə olunur. İnsanların mimikası və jesti bioloji və sosial semiotik kəsişmədədir. Onların bəzi uzaq kökləri heyvanlardakı kimidir. Meymun soyuqdan titrədir, yorulanda əsnəyir, narahat olanda peysərini qaşıyır, kefi kök olanda gülür, acıqlananda dodaqlarını büzüşdürür, narazı olanda üz-gözünü turşudur. Bunları insanlar pantomim teatrlarında nümayiş etdirirlər. Alman televiziya kanallarında, istirahət zonalarında artistlər bu cür pul qazanır. Avqustun 9-da Lokarnonun yaxınlığında Askona sahi­lin­də (İsveçrə) ağ rəngə bürünmüş kişi pantomim göstərirdi.

Ancaq ruslarda çox fərqli elementlər də vardır. İnsan bəzən gördüklərini təhlil edəndə soruşur: görəsən onun bu mimikası nə demək idi? Prezidentlər görüşəndə ayaqlarını aralı qoyub oturmaq nə deməkdir?

Şeirlərimizdə bu cür hərəkətləri təsvir edən epizodlar çoxdur.

Bədən hərəkətlərini 3 qrupa bölürlər:

1. Pisixoloji cəhətdən mənasız fiziki hərəkətlər: qaşınmaq, yuxudan duranda gözünü açmaq, yumruğunu düyünləmək və s.

2. İşarələr-simptomlar. Psixoloji məna daşıyan poza, jest, mimika: ağladı, titrədi, çiynini dartdı, bunlarla danışan həmsöh­bəti­nə nəsə çatdırmaq istəyir. Onlar əsasən qeyri-ixtiyaridir, subyektin vəziyyəti barədə məlumat mənbəyi kimi çıxış edir.

3. İşarələr-kinemlər (kinema). Bunlar ünsiyyət üçün vacib davranış hərəkətləridir. Salamlaşanda ayağa durmaq, başı ilə razılıq və ya narazılıq ifadə etmək, barmağını silkələmək, qadının əlindən öpmək. Onlar jest-simptomlardan fərqli olaraq şüurlu olur və adre­sata yönəlir. Ancaq simptomla kinemi fərqləndirmək bəzən çətin olur. Məsələn:

simptom kinem

qeyri-iradi gülüş və ya radiodan Stüardessanın gülüşü,

komandasının qələbə xəbərini teatrda tamaşanın

eşidəndə əllərini bir-birinə vurmaq ortasında alqış


Bəzi kinemlər bioloji simptomlara gedib çıxmır, rituallarla bağlıdır: Şlaypasını çıxartmaq, novruz bayramında odun üstündən atılmaq və s. Eyni zamanda burada səs də çıxardırlar.

Jest-simptomların motivliyi var, ancaq adi insanlar bunu bilmirlər. Məsələn, pul gözləyəndə ovucun qaşınması və ya peysəri qaşımaq.

Jest-kinemlər arasında motivləşmiş işarələr olmur. Əlbət ki, ilkin olaraq şərti olanlardan başqa cinsi əlaqədə hərəkət, böyük barmağın və ya bəzi xalqlarda böyük barmaqla baş barmağın sıfır kimi “OK” bildirməsi və s.

Frazeologizmlərdə birbaşa məna yox, idiomatik məna ifadə olunur. Şahın ayağına yıxılmaq, dəstənin başını sığallamaq və s.

İndekslər-işarələr təbii dildə: intonasiya, nida və sifətlər. Yuxarıda dedik ki, “intonasiya paralinqivistik fenomendir” yazıb bəziləri.7 Razılaşmaq olmur. İntonasiya həm linqvistikdir, həm də fərdidır. Bəzən intonem, melodem və tonem terminlərindən istifadə olunur. Bəzən intonemlərin sayını 6-dan 20-ə qədər müəyyən edirlər.8 İntonasiya cümləni bölür və onun kommunikativ tipini bildirməklə yanaşı aktual üzvlənməni reallaşdırır.9

L.R.Zinder (1904-2001) intonasiyanı hər bir dilin ən xarakterik fonetik əlaməti hesab edir. İntonasiya emosionallağı və linqvistik dəyəri bildirir.10 Birincidə insan həyəcanlı, ikincidə isə normal psixoloji vəziyyətdə olur. “Hə” və “yox” bir cür yazılır, ancaq “hə”-nin 50, “yox”-un 60 cür deyilişi var.



Nida – bölünməz və qeyri-iradi çığırtılardır. “Tfu” tüpür­mək­dir, həm də nifrətin ifadəsidir.

Şifterlər. R.Yakobson felin şəxs, zaman və şəkil kateqo­riya­larını şifterlərə aid edir. “Mən” şəxsi bildirir, ancaq söyləmlə bağlıdır, indeks kimi çıxış edir. “Şifterlər” məntiqi-kommunikativ ehtiyac olaraq qrammatikada yaranan söyləmin danışıq aktında dayaq “koordinatıdır”. Cümlədə şəxs işlənməyəndə dəlilik əlaməti üzə çıxır. Sağ yarımkürənin zədələndiyini bildirir.

R.Yakobson Qelderlinin poeziyasını öyrənib, göstərib ki, bu şair tədricən danışıq qabiliyyətini itirib, gözəl şeirlər yazıb, ancaq “şəxs əvəzlikləri” işlətməyib.11



Ikonik işarələr səs simvolizmi kimi.

Heyvanların ünsiyyətində əsasən indeks-işarələr işlənir, simvollar demək olar ki, yoxdur, az miqdarda ikonlar vardır. Onların ünsiy­yə­tində imitasiya və mimikriya davranışlarının rituallaşması nəticə­sin­də yaranır. Onlar daha çox sürünün rəftarında ifadə olunur. Məsələn, antiloplar buynuzları ilə sancmırlar, ancaq buynuzlarını bir-birinə ilişdirib oynayırlar. Buynuzsuz erkək buynuzlu ilə da­laşan­da onun başını qanadır. Ev iti adamla oynayanda adamın əlini qapır, ancaq dişini batırmır. Bu qələbənin imitasiyasıdır, ikonik işarədir.

İnsanın jest və mimikasında və təbii dildə ikonik işarələrə tez-tez rast gəlmək olur. Səs təqlidləri və onlardan düzəltmələr jest, poza və mimikalar simptomatik (indeksal) işarələri imitasiya etmək üçün işlədilir ki, müvafiq psixofizioloji vəziyyət yaransın: insan göz yaşı axıtmağa çalışır, gözlərini bərəldir və s. İnsanın tam gülməyə və ağlamağa gücü çatmır, özünü elə göstərir.

Linqvistik ikonik işarələrə ilk öncə səs təqlidi ilə yaranan sözlər daxildir.

Bunlar qrammatik cəhətdən dəyişməyən sözlərdir: insanda və heyvanda /ha-ha/, /hi-hi/, /parta-part/, /ham-ham/, /myo-myo/, /tik-tak/ (saatda), /babax/! Bunların ifadə planı motivli səslərdir: döymək, cırıldamaq, vızıldamaq, xırıldamaq və s.

Danışmaq, çığırmaq, pıçıldamaq və s. felləri qədim yamsılamalara aiddir. Düzəltmələrdə motivlik itmək üzrədir: zəng, varvar, немец (немой sözündən). Q.Laybnis dilin yaranmasını yamsılamada görürdü. Hazırda A.M.Qazov-Qinzburq bu fikirdədir.12 Hazırda ən çox işlənən leksikada 20 min işlək söz vardır, onların payı 2 %-i keçmir.

Morfologiyada ideofonlar və ikoniklər.

Dillərdə təsviri sözlərin – ideofonların qrammatik klası mövcuddur. Hər hansı bir keyfiyyəti – rəngi, formanı, biçimi simvollaşdıran, deməli, hadisələrin özlərini yamsılayan sözlər, ideofonlar adlanır. Məsələn, qədim slavyan dilində hərəkətin davamı (imperfekt) aoristdən (az müddətli hərəkət) fərqli olaraq saitin təkrarı ilə uzanması nəticəsində ifadə olunurdu: müq. Et: 3-cü şəxs tək aorist /xodi/, imperfekt: /хождаашь/..

Dillərin çoxunda cəm təkdən uzun olur. Bu forma düzələndə ikoniklik əlamətidir. Dillərin çoxunda müqayisə adi dərəcədən uzundur, üstünlükdən isə qısadır.

schön  schöner – sohönste. Bəzən forma təkrarla əmələ gəlir. Polineziya dillərindən birində: (tupu//böyümək), ancaq /tutupu/ (sürətlə böyümək), deməkdir.



Sintaksisdə diaqram işarələr və ikoniklik.

İkonik işarələr içərisində obrazlar və diaqramlar mühüm rol oynayır. Adətən səslənmə ilə məna arasında zahiri oxşarlıq olur.

Diaqramlar işarələyən arasındakı əlaqələri əks etdirir (ardı­cıllığı, hierarxiyanı) və s. Söz sırası, cümlələrin düzümü buraya aiddir. Sıralanmada böyük-kiçik, iri-balaca, əlifba sırası və s. olur. Cümlədə çox həmcins üzv olanda, xəbərə yaxını ən vacibi olur, ya da zaman ardıcıllğı. Riyazi formalar, bərabərliklər, tənliklər bu qəbildəndir.

Fərdi danışıqda səs təsviri. Cümlədə böyük şey təsvir olu­nursa uca səslə, balaca isə yavaş tonla deyilir. Deməli, predmetin böyüklüyü, sözün emosiya ilə deyilişi /ə.ə.ə la/, gərginlik, zəiflik, nəfəslilik /yo'ldaşlar/, /yolda"şlar/, /yoldaşlar, qardaşlar/ və s. Onlar fakültətiv deyil, üslubi çalar daşıyır.13

Səsli jestlər. Azərbaycan dilində /n/, /ŋ/ ilə əvəzlənir. /Sənə/ əvəzinə /səŋə/. İngilis dilində /smoq/ (смог) dumanlı hava yəqin ki, (smoke + fog) sözlərindən yaranıb.

Qrafikada ikonluq. Piktoqrafiya və ieroqlif. Onlar tarixən ikonikdir. Qrafikada isə fonemli sistem işlənir. Əlifbalar razılaş­dırılmış simvolik kodlardır. Xalqların çoxu fonoloji sistemi qəbul edib. Ancaq burada da ikoniklik var: sözlər arasında fasilə, abzas və baş hərf; böyük hərflər (almanlarda bütün isimlər, ancaq başqa xalqlarda xüsusi adlarda), tekstin bölgüsü (fəsillər, yarımfəsillər). Onlar mətni başa düşməyə kömək edir, mətndə ayırmalar (kursiv, yağlı, aralı) bəzən işarənin təkrarı (rusca 22 года və ya госпада). Elektron poçtda gülüş bildirən işarə: ☺ və s.

Səslərin məna ilə bağlılığından çox deyilib və çox yazılıb. Səslərin semiotikasını səs simvolizmi, fonosimvolizm, fonose­man­tika və s. adlandırıblar. İlk dəfə bu fesey və teseylə başlayıb, 2500 il əvvəl.

Platonun “Kratili”ni yada salmaq kifayətdir. “P” hərəkəti, “İ” incəliyi, “A” böyük şeyləri, H (etu) uzun, /e/-nin işarəsi “uzunluğu” bildirir. “O” (omikron) yumrunu bildirir.

Poeziyada səsin semantikası. Alliterasiya və assonans.14

Fransız A. Rembo (1854-1891) şeirində səsləri rənglərlə açıb:

A-qara, e-ağ, u-yaşıl, i-açıq-qırmızı,

O-göy rəngi! Belə, nə gün, nə gecə olmur ki,

Sizin gizli xassənizi mən rəngə görə götürürəm,

Sizi, saitlər, rənglə və iylə yoxlayıram.

Rus futuristləri (R.Yakobson və başqaları) səsin şeirlə simvol kimi işlədilməsindən çox maraqlı əsərlər yazıblar. Dilin səsli təşkilində (strukturunda) ikoniklik problemilə bağlı bir neçə aspekt fərqləndirilməlidir.

1. Hər dildə bir neçə yüz səs təqlidi ilə yaranan sözlər var. Ancaq onların ikonikliyi, yəni konvensionallığı var. Ruslar mya (мя­кать), azərbaycanlılar myoldamaq, ukraynalılar nyau (nяькамь) deyirlər. Bəzən motivlik itir. Ona görə yamsılamaların səslə bağlı­lığının nə dərəcədə olması mübahisə döğurur.

2. Səsin semiotik zənginliyi poeziyada göz qabağındadır. Sezur, ritm, alliterasiya sözlü faktorlar olmaqla estetik funksiya da­şıyır.

3. Səslənmənin semantikliyini ayrı-ayrı səslərlə də sübut et­mək olur. Empirik tədqiqatlar iki cür olur. 1) sözün səs təşkilinin qanunauyğunluqlarının müəyyənləşdirilməsi; 2) psixolinqvistik təd­qiqatla subyektiv təəssüratları yoxlamaq.

Bəziləri güman edirlər ki, böyük anlayışı açıq saitlərlə, sərt samitlər, afrikatlar və fışıltı­larla şərtlənir. Qalanları kiçik anlayışlı sözlərdə işlənir. A.P.Jurav­lyovun tədqiqatları maraqlıdır.15 Bu tədqiqatçıya görə /дым/-böyük, kobud sözlərlə, /юноша/ zərif, zəif sözlərlə assosiasiya olunur.

Səs simvolizmin təbiətinin və universallığının semantikada rolu böyükdür.

/o/-dairəvi şeyləri, /l/-süzülən şeyləri bildirir.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin