www.vivo-book.com
365
Temmi “NeĢtər” i bir nəfəsə içdi.
– Bu “NeĢtər”in içində, deyəsən, heç nə yoxdur. Mən
birini də sifariĢ edəcəm.
Biz hərəyə bir-bir də “NeĢtər” və “Tumurcuq” içdik.
– Həqiqətən, – o dedi, – mənə elə gəlir ki, bu içkilərin
içinə onlar heç nə qoymurlar. YaxĢısı budur mən birini də
içim.
Temmi 40 dəqiqə ərzində beĢ qədəh “NeĢtər” içdi.
Biz “Smak-Hay” klubunun arxa qapısını döydük.
Martinin yekəpər cangüdənlərindən birisi qapını açaraq bizi
içəri buraxdı. Marti qalxanvarı vəzi düzgün iĢləməyən belə
yekəpərləri iĢə götürürdü ki, hippi qızlar, uzunsaçlı
gicbəsərlər, kley iyləyənlər, narkomanlar, otçəkən camaat,
əyyaĢlar, yəni bütün bu miskinlər, lənətə gəlmiĢlər,
həyatından bezmiĢlər və riyakarlar özlərindən çıxanda,
klubda qayda-qanunu bərpa etsinlər. Mən artıq qusmağa
hazır idim və qusdum da. Bu dəfə bir zibil qabı tapa bildim
və onun içinə qaytardım. Axırıncı dəfə mən bütün mədəmi
Martinin ofisinin qabağına boĢaltmıĢdım. Bu dəfəki
dəyiĢiklikdən o bir xeyli məmnun qalmıĢdı.
|