www.vivo-book.com
44
Lidiya otaqda dövrələr vura-vura rəqs etməyə baĢladı
və qıvrım telləri alnına yapıĢmıĢ sarıĢın bir cavan oğlan da
ona qoĢuldu. Onlar birlikdə rəqs etməyə baĢladırlar.
BaĢqaları da yerlərindən qalxıb rəqsə baĢladılar. Mən isə
oturduğum yeri tərk etməmiĢdim.
Rendi Evans mənim yanımda oturmuĢdu. Onun da
Lidiyaya tamaĢa etdiyini görə bilirdim. O danıĢmağa
baĢladı. Elə hey danıĢır, danıĢırdı. YaxĢı ki, styereonun səsi
çox yüksək olduğundan mən onu eĢidə bilmirdim.
Mən Lidiyanın o qıvrımsaç oğlanla rəqs etməsinə
tamaĢa edirdim. Lidiya hərəkət etməyi bacarırdı. Onun
bütün hərəkətlərində seksual məna gizlənirdi. Mən rəqs edən
baĢqa qızlara baxdım. Onların rəqsi belə deyildi. Lakin
düĢündüm ki, bunun səbəbi Lidiyanı tanımağımda, onları isə
tanımamağımdadır.
Rendi hələ də danıĢmağına davam edirdi, baxmayaraq
ki, mən ona cavab vermirdim. Rəqs baĢa çatdı və Lidiya geri
qayıdaraq mənim yanımda oturdu.
– Uffff, tamam əldən düĢdüm! Yəqin formamı
itirmiĢəm.
|