www.vivo-book.com
47
– Adama elə gəlirdi, elə bil siz rəqs etmir, seviĢirsiniz,
bəlkə də ondan da artıq.
– Onun heç bir mənası yoxdur, sadəcə, rəqs idi.
– Küçədə bir qadını o cür tutduğumu təsəvvür
edirsənmi? Musiqi bu mənzərəni günahsız hala sala bilərmi?
– Sən heç nə baĢa düĢmürsən. Hər dəfə rəqs bitəndə
mən geri dönüb sənin yanında otururdum.
– YaxĢı, yaxĢı, – mən dedim, – bir dəqiqə gözlə.
Kiminsə son günlərini yaĢayan qazonunun üstünə
baĢqa bir qusuntu fontanı buraxdım. Biz yamacla enərək
Exo Parkdan Hollivud Bulvarına tərəf getdik.
MaĢına mindik. Mühərriki iĢə saldım və maĢını
Hollivud ilə qərbə, Vermont istiqamətində sürdüm.
– Sənin kimi adamlara nə ad verdiyimizi bilirsənmi? –
Lidiya soruĢdu.
– Yox.
– Biz sənin kimiləri, – o dedi, – oyun pozan
adlandırırıq.
Dostları ilə paylaş: |