www.vivo-book.com
423
– Sənin bağırsaqların çuqundan olmalıdır.
– Heç də elə deyil. Bir dəfə deĢilmiĢdi. Amma deĢiklər
yenidən bağlanandan sonra, deyilənə görə, ən yaxĢı qaynaq
iĢindən daha sağlam olurlar.
– Belə nə qədər davam eləməyi düĢünürsən? –o
soruĢdu.
– Mən artıq hər Ģeyi planlaĢdırmıĢam: 2000-ci ildə düz
səksən yaĢım olanda ölməyə hazırlaĢıram.
– Qəribədir, – Kisinq dedi, – elə mən də həmin ildə
ölməyi düĢünürdüm. 2000-ci ili deyirəm. Bu haqda bir yuxu
da görmüĢdüm. Hətta ölüm günümü və saatımı da yuxuda
görmüĢəm. Hər nə olur-olsun, bu 2000-ci ildə baĢ verəcək.
– Hə, əla yuvarlaq rəqəmdir. Mənim xoĢuma gəlir.
Biz bir-iki saat da içdik. Mənə ayrıca bir yataq otağı
ayırmıĢdılar. Kisinq divanda yatdı. Belə çıxırdı ki,
Sesiliyanın ondan ayrılmaq qərarı qəti idi.
Ertəsi gün səhər saat 10:30-da yuxudan ayıldım.
Dünəndən bir az pivəmiz qalmıĢdı. Mən bir ĢüĢəni içməyə
müvəffəq oldum. Elə ikincini aĢırmaq istəyirdim ki, Kisinq
mənim yataq otağıma gəldi.
|