www.vivo-book.com
431
LosAncelesə gəldiyim artıq həftə yarım olardı. Gecə
idi. Telefon zəng çaldı. Zəng vuran Sesiliya idi. O hıçqıra-
hıçqıra ağlayırdı.
– Henk, Bill vəfat etdi. Zəng vurduğum ilk adam
sənsən.
– Aman Allahım, Sesiliya, nə deyəcəyimi bilmirəm.
– O vaxt gəldiyinə görə elə Ģadam ki. Sən gedəndən
sonra Bill elə hey səndən danıĢırdı. Sən təsəvvür edə
bilməzsən, sənin bizə gəliĢin onun üçün nə qədər əziz idi.
– Nə baĢ verib?
– O Ģikayətlənirdi ki, özünü, həqiqətən, çox pis hiss
edir və biz də onu xəstəxanaya apardıq. Ġki saatdan sonra isə
o öldü. Bilirəm ki, bəzi adamlar onun aĢırı dozadan
öldüyünü düĢünəcəklər, amma o bundan ölməyib. Onunla
boĢanmaq istəməyimə baxmayaraq, mən onu sevirdim.
– Sənə inanıram.
– Bütün bunlarla səni narahat eləmək istəməzdim.
– Hər Ģey qaydasındadır. Bill bunu baĢa düĢərdi. Sənin
vəziyyətini yüngüllədirəcək bir söz tapıb deyə bilmirəm.