www.vivo-book.com
434
O mənə gələcəyi vaxtı bildirdi. Mən qarĢıdakı zamanda
öz tualetimi təmizlədim, vannanı qazıyıb yudum, yatağımın
döĢək ağlarını və balıĢ üzlərini dəyiĢdirdim.
Sesiliya səhər saat 10 reysi ilə gəldi. Bu saatda
yuxudan durmaq mənim üçün cəhənnəm əzabı idi. Amma
buna baxmayaraq, o bir qədər gombul olsa da, yaxĢı
görünürdü. O, möhkəm və güclü bədənli, bəstəboylu qadın
idi, orta qərbli kimi və səliqəli görünürdü. KiĢilər onun
arxasınca baxırdılar, o öz dalını xüsusi bir tərzdə
yırğaladaraq hərəkət edirdi. Onun arxası güclü, bir qədər
məĢum və ürküdücü, amma çox cazibədar idi. Sesiliya spirtli
içki içmirdi, özü üçün portağal Ģirəsi sifariĢ etmiĢdi.
– Mənim hava limanlarından və sərniĢinlərdən çox
xoĢum gəlir, bəs sənin?
– Yox.
– Burada insanlar adama elə maraqlı gəlir ki.
– Sadəcə, qatar və avtobuslarla səfərə çıxan insanlarla
müqayisədə onların pulu çoxdur.
– Bura gələrkən yolda “Böyük Kanyon”un üstündən
keçdik.”
|