www.vivo-book.com
432
Mən özüm də elə bil Ģokdayam. Qoy mən sənə bir az sonra
zəng vurum, görüm necəsən.
– Zəng vuracaqsan?
– Əlbəttə.
Ġçki ilə bağlı problem də elə bundadır, özümə içki süzə-
süzə düĢündüm. Bədbəxt bir hadisə baĢ verəndə, dərdini
unutmaq üçün içirsən; xoĢbəxt bir hadisə baĢ verəndə, onu
bayram eləmək üçün içirsən və əgər heç bir Ģey baĢ
verməyəndə isə, içirsən ki, nəsə baĢ versin.
GörüĢlərimiz zamanı nə qədər xəstə və bədbəxt olsa da,
Bill belə tezliklə vəfat edəcək bir adama oxĢamırdı. Belə
qəfil ölümlər çox olub. Baxmayaraq ki, biz öləcəyimizi
bilirik və ölüm haqqında, demək olar ki, hər gün düĢünürük,
bizim üçün xüsusi və əziz olan bir adam gözlənilmədən
vəfat edəndə, çox çətin olur, həddən artıq çətin, nə qədər
yaxĢı, pis və ya tanımadığımız insanlar ölür-ölsün, fərqi
yoxdur, biz bu hissləri keçirməyə məhkumuq.
Həmin gecə mən Sesiliyaya zəng vurdum, növbəti gecə
də ona zəng vurdum, ondan sonra bir də zəng vurdum və
sonra isə daha zəng eləmədim.
|