www.vivo-book.com
430
Mən çeki aldım və oradan rədd oldum. Qiraətdən sonra
Sesiliyanın evində xüsusi dəvət almıĢ adamlar üçün balaca
bir məclis olmalıydı. Bunu yazılmamıĢ müqavilənin bir
hissəsi hesab etmək olar. Qızlar nə qədər çox olsa, bir o
qədər yaxĢıdır, amma Sesiliyanın evində mənim bəxtimin
gətirəcəyinə ümid çox azdı. Mən də bunu dərk edirdim. Və
əlbəttə ki, növbəti gün səhər yuxudan ayılanda, öz
yatağımda tək idim.
Ertəsi gün səhər Bill yenə özünü pis hiss edirdi. Onu
yenə saat 1:00-da dərsi vardı. Evdən çıxmazdan əvvəl mənə
dedi:
– Səni hava limanına Sesiliya aparacaq. Mən isə indi
getməliyəm. Gəl ayrılarkən ağlaĢma qurmayaq.
– YaxĢı.
Bill bel çantasını belinə taxdı və velosipedini evdən
çıxardı.
Dostları ilə paylaş: |