www.vivo-book.com
457
bilirdim. O, sahilyanı səki ilə bizdən uzaqlaĢırdı və onun əla
bədəni vardı. Söyüd ağacı kimi incə və əsnək. Küləkdə ora-
bura əyilirdi və beləcə, gözdən itdi.
82
Sesiliya oturub bizim içki içməyimizə tamaĢa edirdi.
Bunun onda necə ikrah hissi doğurduğunu görə bilirdim.
Mən ət yeyirdim. Mənim Allahım yox idi. SikiĢməkdən
xoĢum gəlirdi. Təbiət məni maraqlandırmırdı. Heç vaxt
səsvermədə iĢtirak etməmiĢdim. Müharibələrdən xoĢum
gəlirdi. Ətraf mühit məni darıxdırırdı. Beysbol məni
darıxdırırdı. Tarix məni darıxdırırdı. Heyvanat parkı məni
darıxdırırdı.
– Henk, – Sesiliya dedi, – mən bir az bayıra çıxmaq
istəyirəm.
– Bayırda nə var axı?
– Hovuzda üzən insanlara tamaĢa etməkdən çox xoĢum
gəlir. Onların sevinməsinə baxmaqdan xoĢum gəlir.
Sesiliya yerindən qalxıb bardan çıxdı.
Valeri ucadan qəhqəhə ilə güldü. Bobbi də güldü.
|