www.vivo-book.com
459
Biz öz hesabımızı ödədik və maĢınımıza mindik: Bobbi
sükan arxasında, Valeri onun yanındakı ön oturacaqda,
Sesiliya ilə mən isə arxada. Sesiliya qapıya tərəf sıxılaraq
məndən mümkün olduğu qədər aralı oturmağa çalıĢırdı.
Bobbi maqnitofonu iĢə saldı. Musiqi sədaları arxa
oturacağa sahilə çırpılan dalğa kimi vurdu. Bob Dilan
oxuyurdu. Valeri bizə nəĢə dolu bir siqaret uzatdı. Mən bir
qullab vurandan sonra onu Sesiliyaya ötürmək istədim,
amma o büzüĢərək məndən bir az da uzaqlaĢdı. Əlimi uzadın
onun dizini oxĢadım, sıxdım. O, mənim əlimi özündən
kənara itələdi.
– Ey, siz, arxadakılar orda necəsiniz? – deyə Bobbi
bizdən soruĢdu.
– Bu sevgidir, – deyə cavab verdim.
Biz təxminən bir saat yol getdik.
– Hə, bu da hava limanı, – Bobbi dedi.
– Sənin hələ düz iki saat vaxtın var, – Mən Sesiliyaya
dedim. – Biz mənim evimə qayıdıb orada gözləyə bilərik.
– Bu problem deyil, – deyə Sesiliya cavab verdi. – Mən
indi getmək istəyirəm.
|