www.vivo-book.com
463
– Berrouza sənin qonĢu nömrədə olduğunu söylədim.
Ona dedim: “Berrouz, Henri Çinaski qonĢu nömrədə qalır” .
O isə: “Ah, eləmi?” – dedi. Ondan səninlə tanıĢ olmaq
istəyib-istəmədiyini soruĢdum. O “yox” – cavabını verdi.
– Belə məkanlarda soyuducu qoymaq lazımdır, – mən
dedim. – Bu lənətə gəlmiĢ pivə o dəqiqə isinir.
Mən buz generatoru tapmaq üçün otaqdan çıxdım.
Berrouzun otağının yanından keçəndə, o, pəncərənin
yanında qoyulmuĢ kresloda oturmuĢdu. Laqeydliklə dönüb
mənə baxdı.
Buz generatorunu tapdım. Ordan buz götürərək
otağıma qayıtdım. Buzları əlüzyuyanın çanağına tökdüm və
pivə ĢüĢələrini onların içinə saldım.
– Məncə sən içib tamamilə sərxoĢ olmaq fikrində
deyilsən, – Cou dedi. – SərxoĢ olan kimi dilin çox pis topuq
vurmağa baĢlayır.
– Bu onların heç vecinə də deyil. Onlar məni, sadəcə,
dara çəkilmiĢ vəziyyətdə görmək istəyirlər.
– Bir saatlıq iĢə görə 500 dollar? – Dadli soruĢdu. –
Sən bunu dara çəkilmək adlandırırsan?
|