www.vivo-book.com
469
qəĢəng
olduğunu
yazmıĢdı.
Amma
fotoĢəkillərini
görməmiĢdim. Bir dəfə həyatımda məktublaĢdığım qadına
onu görmədən evlənəcəyimə söz vermiĢdim. O da mənə çox
ağıllı məktublar yazırdı, amma iki il yarım çəkən evliliyim
fəlakətlə nəticələndi. Ġnsanlar çox zaman öz məktublarında
həyatda olduqlarında daha yaxĢı “görünürlər”. Bu baxımdan
onlar Ģairlərə çox bənzəyirlər.
Mən otaqda əsəbiliklə var-gəl edirdim. Birdən həyətin
cığırı ilə kiminsə gəldiyini eĢitdim. Pərdəyə yaxınlaĢdım və
onun arasından bayıra baxdım. Pis deyildi. Qara saçları
vardı. Səliqəli geyinmiĢdi, uzun yubkasının ətəkləri
topuqlarını örtürdü. BaĢını dik tutaraq vüqarla addımlayırdı.
Gözəl burnu və adi ağzı vardı. Əyninə don geymiĢ qadınlar
çox xoĢuma gəlirdilər. Onlar mənə keçmiĢ günlərimi
xatırladırdılar. Onun əlində balaca bir çemodan vardı. Qapı
döyüldü, Qapını açdım.
– Buyurun, içəri keçin.
Liza çemodanını döĢəməyə qoydu.
– Buyurun, əyləĢin.
|