www.vivo-book.com
468
soruĢdu. Cavabında əlbəttə görüĢmək istədiyimi qeyd etdim.
Üstəlik bildirdim ki, hətta istəsə mənim evimdə qonaq da
qala bilər. Amma aramızdakı yaĢ fərqini nəzərə alaraq, mən
öz çarpayımda, o isə divanda yatmalı olacaq. O isə cavab
məktubunda yazdı ki, gəliĢini xəbər vermək üçün mənə zəng
vuracaq. Üç, ya da dörd gün sonra telefonum zəng çaldı. Bu,
Liza idi.
– Mən indi Ģəhərdəyəm, – Liza dedi.
– Siz hava limanındasınızmı? Gəlib sizi oradan
götürərəm.
– Taksi tutmaq fikrindəyəm.
– Taksi bahadır axı.
– Mənim üçün belə daha rahatdır.
– Siz nə içirsiniz?
– Mən elə də çox içmirəm. Ona görə də, siz nə
içsəniz...
Evdə oturub onun gəliĢini gözləməyə baĢladım. Belə
vəziyyətlərdə, həmiĢə özümü çox narahat hiss edirəm. Onlar
faktiki olaraq mənim yanıma gələndə, içimdə bir hiss az qala
bunun baĢ verməməsini arzulayır. Liza məktublarında
|