www.vivo-book.com
476
Liza vanna otağından əynində orta uzunluqlu qırmızı
bir donla çıxdı. Paltar onun əyninə kip otururdu. Onun gözəl
qaməti və tərzi vardı. O mənim yataq otağındakı güzgümün
qarĢısında dayanıb öz saçları ilə oynayırdı.
– Henk, mən indi kostyumları almağa gedirəm. Sən isə
yataqda qal. Dünənki içkidən sonra, yəqin özünü pis hiss
edirsən.
– Niyə axı? Bizim ikimiz də eyni qədər içmiĢdik.
– Sənin mətbəxdə gizlicə içdiklərindən də xəbərim var.
Sən niyə belə edirdin?
– Bəlkə də qorxurdum.
– Sən? Qorxurdun? Mən elə bilirdim ki, sən iri, sərt,
içki içən və qadın sikənsən, hə?
– Sənin ümidlərini boĢamı çıxardım?
– Yox.
– Mən qorxurdum. Mənim sənətim mənim
qorxularımdır. Mən onlardan hərəkətə baĢlayıram.
– Mən bir neçə kostyum almalıyam, Henk.
– Sən mənə acıqlanmısan. Səni pis vəziyyətdə qoydum.
– Yox, bu əsla belə deyil. Mən qayıdacam.
|