www.vivo-book.com
473
– Siz yaxĢı xətt götürmüsünüz, Çinaski.
– Belə olmalıyam. Mənim artıq 60 yaĢım var.
– Sizə ən çoxu 40 yaĢ vermək olar, Henk.
– Siz də yaxĢı xətt götürmüsünüz, Liza.
– Belə olmalıyam. Mənim də artıq 32 yaĢım var.
– Mən Ģadam ki, siz 22 yaĢında deyilsiniz.
– Mən də Ģadam ki, siz 32 yaĢında deyilsiniz.
– Bu, tam bir Ģadlıq gecəsi oldu, – mən dedim.
Hər ikimiz də öz içkilərimizdən udumlar alırdıq.
– Siz qadınlar haqqında nə düĢünürsünüz? – Liza
məndən soruĢdu.
– Mənim çox düĢünməklə aram yoxdur, mütəfəkkir
deyiləm. Hər bir qadın fərqlidir. Ümumiyyətlə götürdükdə
isə qadınlar yaxĢı və pisin qarıĢığı kimi görünürlər – həm
sehrli, həm də qorxunc.
– Onlarla necə rəftar edirsiniz?
– Onlar mənimlə mənim onlara rəftarımdan daha yaxĢı
rəftar edirlər.
– Sizcə bu ədalətlidirmi?
– Ədalətli deyil, amma real vəziyyət belədir.
|