www.vivo-book.com
479
Mən yuxudan ayılanda, saat 1:30 idi. Vanna qəbul
etdim, əynimi geyindim və poçtumu yoxladım. Qlendeyldə
yaĢayan bir cavan oğlandan məktub gəlmiĢdi.
“Hörmətli, cənab Çinaski,
Mən gənc yazıçıyam və düĢünürəm ki, yaxĢı
yazıçıyam, çox yaxĢı yazıçı. Amma nədənsə, mənim
Ģeirlərim daima geri – üstümə göndərilir. Bu oyuna insanlar
necə daxil olurlar? Bunun sirri nədir? Bunun üçün kimləri
tanımaq lazımdır? Sizin Ģeirlərinizin qızğın pərəstiĢkarıyam
və istərdim ki, yanınıza gəlib bu məsələləri sizinlə müzakirə
edim. Gələndə özümlə bir cüt 6-lıq pivə paketi gətirəcəyəm
ki, rahat oturub söhbət edə bilək. Sizə, həmçinin, öz
Ģeirlərimdən bir neçəsini oxumaq istərdim...”
Bu zavallı dümbələyin heç vaxt mamıĢı olmayıb.
Məktubu zibil qabına atdım.
Təxminən bir saat sonra Liza qayıtdı.
– Oh, mən ən gözəl kostyumları tapmıĢam!
Onun qucağı paltar ilə dolu idi. Yataq otağına keçdi.
Bir müddət keçəndən sonra Liza geri mənim olduğum otağa
qayıtdı. Əynində hündür yaxalıqlı uzun bir don vardı və o