www.vivo-book.com
480
qarĢıma gəlib fırlandı. Don onun sağrılarının üstünə çox
gözəl otururdu. Qızılı və qara rənglərin qarıĢığı bir don,
ayaqlarında isə qara tuflilər. QarĢımda bir balaca rəqs də
etdi.
– XoĢuna gəlir?
– Ah, əlbəttə... – Mən oturdum və sonra nə olacağını
gözləməyə baĢladım.
Liza yenə yataq otağına qayıtdı. Sonra isə içində
gümüĢü parıltıların olduğu yaĢıl və qırmızı rənglərin
qarıĢığından ibarət bir donla gəldi. Donun düz orta hissəndə
dəlik vardı və oradan Lizanın göbəyi görünürdü.
Kostyumları nümayiĢ etdirərək qarĢımdan keçərkən, o
mənim düz gözlərimin içinə çox qəribə bir ifadə ilə baxırdı.
Bu baxıĢlarda nə utancaqlıq, nə də seksuallıq vardı, sadəcə,
mükəmməllik.
Mənə neçə kostyum nümayiĢ etdirdiyini xatırlamıram.
Amma sonuncusu məni lap valeh etdi. Paltar onun bədən
formalarını təkrar edir və ətəklərinin hər tərəfindən kəsiklər
keçirdi. O, otaqda dövrə vuraraq gəzdikcə, əvvəlcə
kəsiklərin arasından bir qıç görünür, sonra isə o birisi bayıra
|