www.vivo-book.com
507
çəkirdi. Zənnimcə, onun 30-35 yaĢı olardı və mənə anamın
1935-ci ildəki görünüĢünü xatırladırdı (baxmayaraq ki,
mənim anam ondan qat-qat gözəl idi). Kessinin uzun boyu
və uzun sarıĢın saçları vardı. O, çox cavan idi, əyninə bahalı
və dəbli paltarlar geyinmiĢdi. Bir az əsəbi, amma gözəl
görünürdü. Onlardan mənə ən yaxın oturan da elə o idi.
Əlimi əlində sıxaraq budunu qıçıma sürtürdü. O mənim
əlimi sıxanda, birdən anladım ki, onun əlləri mənimkilərdən
bir xeyli böyükdü (Mən iri cüssəli adam olsam da, həmiĢə
əllərimin balaca olmasına görə xəcalət çəkmiĢəm. Cavan
vaxtlarımda Filadelfiya barlarında dalaĢan zaman, əllərin iri
olmasının əhəmiyyətini çox tez baĢa düĢmüĢdüm. Öz
döyüĢlərimin 30 faizini necə udmağa müvəffəq olduğum
özümə də təəccüblü gəlir). Ġstənilən halda, Kessiyə elə
gəlirdi ki, mənim gözümdə öz rəfiqələrindən daha üstündür.
Düzdür, mən əvvəlcə buna o qədər də əmin deyildim, amma
sonra razılaĢmalı oldum.
Bədii qiraət üçün səhnəyə çıxmalıydım. Budəfəki gecə
daha düĢərli oldu. Kütlə həmin tamaĢaçılar olsa da, mən
bütün diqqətimi qiraətə cəlb etmiĢdim. TamaĢaçı kütləsi
|