www.vivo-book.com
512
88
Bir neçə gün sonra telefonum zəng çalanda və xəttin o
biri baĢında Kessinin səsini eĢidəndə çox təəccübləndim.
– Nə var, nə yox, nə edirsən, Henk?
– Elə boĢ-boĢuna oturmuĢam...
– Bəlkə durub mənim yanıma gələsən?
– Mən çox istərdim...
O mənə öz ünvanını dedi, indi xatırlamıram – ya
Vestvud, ya da qərbi Los-Anceles.
– Evimdə çoxlu içki var, – Kessi dedi, – sənin
gətirməyinə ehtiyac yoxdur.
– Bəlkə mən heç içməyim?
– Necə istəyirsən, elə də elə.
– Əgər mənim üçün süzsən, əlbəttə, içərəm. Yox əgər
süzməsən, onda içmərəm.
– Buna görə heç narahat olma.
Paltarlarmı geyindim. MaĢınla onun verdiyi ünvana
getdim. Ġnsanın necə dəfə bəxti gətirə bilər? Ġlahlar son
zamanlar mənə qarĢı çox mərhəmətliydilər. Bəlkə bu bir
sınaq idi? Bəlkə də nəsə bir fənd idi? Çinaskini bəsləyib