www.vivo-book.com
520
geyindim, Eltonla vidalaĢdım, qapını bağladığıma əmin
oldum və “Folksvagen”imə minərək evə getdim.
89
Üç-dörd gün sonra Debranın mənə verdiyi məktubu
tapdım və ona zəng vurdum. O dedi:
– Mənim yanıma gəl. – O mənə Playa del Reyə necə
gələcəyimi izah etdi. MaĢına minib oraya getdim. O, önündə
bağçası olan balaca bir evi kirayəyə götürmüĢdü. MaĢınımı
ön həyətin içinə sürdüm, saxladım, maĢından düĢdüm və
qapıya yaxınlaĢıb onu döydüm, sonra isə zəngi basdım. Bu
iki tonlu zənglərdən idi. Debra qapını açdı. O elə onu son
gördüyümdə olduğu kimi idi: dodaqlarında qalın boya qatı,
qısa saçlar, parlaq sırğalar, duxulanmıĢ, və demək olar ki,
üzündən heç vaxt əskilməyən o geniĢ təbəssüm.
– Ah, Henri, içəri gəl!
Mən evə daxil oldum. Otaqda bir oğlan oturmuĢdu.
Amma, deyəsən, homoseksual idi, ona görə də bunu özüm
üçün təhqir hesab etmədim.
|