www.vivo-book.com
516
– Əvvəlcə, o öz iĢini itirdi. Sonra isə Meksikaya getdi.
Orada keçmiĢ toreadorla tanıĢ oldu. Bu toreador onu eĢĢək
kimi döyüb, sonra da onun yığdığı bütün pullarını – 7000
dolları, əlindən alıb.
– Zavallı Di Di: əvvəlcə mən, sonra da bu.
Kessi yerindən qalxdı. Mən onun otaqda gəzməyinə
tamaĢa edirdim. Onun sağrıları növbə ilə enib qalxır və
bədəninə kip yapıĢan yaĢıl donu parıldayırdı. Əlində bir
parça kağız və bir az ot ilə qayıtdı və Ģey doldurmağa
baĢladı.
– Sonra o avtomobil qəzasına düĢdü.
– O heç vaxt maĢın sürə bilməyib. Sən onu yaxĢı
tanıyırsan?
– Yox. Amma bizim çevrələrdə baĢ verənlər tez yayılır.
– Sadəcə, ölənə qədər yaĢamaq ağır iĢdir, – mən dedim.
Kessi Ģeyi mənə ötürdü.
– Sənin həyatında isə deyəsən hər Ģey qaydasındadır, –
Kessi dedi.
– Eləmi düĢünürsən?
|