www.vivo-book.com
523
– Hmm, mən bilmirəm, – Larri dedi. – Həqiqəti
bilmirəm. Bəlkə?... ah, yox... Yox məncə yox, düĢünmürəm
ki...
Qapının zəngi çalındı və Debra onu açmağa getdi.
Əynində köynəyi olmayan baĢqa bir mavi gəlmiĢdi. Üzünə
bir xanavar maskası taxmıĢdı və maskanın ağzında uzun
rezin bir dil sallanırdı. O əsəbi və əzgin görünürdü.
– Vinsent, bu Henridir. Henri bu isə Vinsentdir...
Vinsent məni qozuna almadı. O rezin dilini də bayıra
çıxarıb elə ordaca durmuĢdu.
– ĠĢdə günüm çox pis keçib. Daha buna dayana
bilmirəm. Belə getsə, deyəsən, iĢdən çıxmalı olacam.
– Bəs, sonra nə edəcəksən, Vinsent? – Debra ondan
soruĢdu.
– Bilmirəm. Amma əlimdən çox iĢ gəlir. Onların
poxunu yeməyə məcbur deyiləm!
– Sən qonaqlığa gələcəksənmi? Gələcəksən, Vinsent,
elə deyilmi?
– Əlbəttə gələcəm, gör neçə gündür öz rolumu
öyrənirəm.
|