www.vivo-book.com
526
da dizlərini açıb göstərməli olurdu. Debra atalarımızın
xoĢladığı qızlardandı.
O bir müddət mənə öz iĢi haqqında danıĢdı. Hər nə iĢ
idisə, məhkəmə iclaslarında deyilənlərin qeydə alınması və
hüquqĢünaslar ilə əlaqəliydi. Bu iĢ onu əsəbiləĢdirsə də, bu
iĢ ona yaxĢı qazanc gətirirdi.
– Bəzən yardımçılarımın üstünə qıĢqırıram. Sonra
özümü ələ alıram, onlar da məni bağıĢlayırlar. Sən heç bu
lənətə gəlmiĢ hüquqĢünasların necə insanlar olduğunu
bilmirsən! Onlar hər Ģeyin dərhal hazır olmasını tələb edirlər
və tapĢırığın yerinə yetirilməsi üçün lazım olan vaxt
haqqında isə heç düĢünmürlər.
– HüquqĢünaslar və həkimlər cəmiyyətin haqq
etdiklərindən artıq məvacib alan və ərköyün üzvləridirlər.
Bu siyahıdakı növbəti adam sənin döngədəki qarajda iĢləyən
avtomobil mexanikindir. Ondan sonra isə bu siyahıya öz diĢ
həkimini də əlavə edə bilərsən.
Debra bir ayağını o birisinin üstünə aĢırdı və onun ətəyi
bir balaca yuxarı qalxdı.
|