www.vivo-book.com
540
prosesi tənzimləyən nə bir qayda, nə də bir qanun vardı.
Amma bir neçə ildən sora 50 yaĢına çatanda, o düĢünməyə
baĢlayacaqdı!
Həmin vaxt o supermarketə kassada
növbəyə durarkən öz arabasını baĢqalarının arxasına və
topuqlarına vuran xalaya çevriləcəkdi; onun gözlərinə tünd
ĢüĢəli gözlük, üzü ĢüĢkin və bədbəxtlik hakim olacaqdı.
Arabasına isə kəsmik, kartof çipsiləri, əzmə donuz əti,
qırmızı soğan və bir kvart “Cim Bim” dodurulacaqdı.
Mən qayıdıb maĢına oturdum və biz Debranın evinə
getdik. Qızlar oturdular. Mən ĢüĢəni açıb üç qədəh Ģərab
süzdüm.
– Henri, – Debra dedi, – Mən gedib Larrini də
çağırmaq istəyirəm. Masanı dükandan götürmək üçün o
məni öz furqonunda oraya aparacaq. Səni narahat etmək
istəmirəm, sən buna Ģadsanmı?
– Hə.
– Tessi burada qalıb səni darıxmağa qoymayacaq.
Olar.
– Amma hər ikinizə də deyirəm, özünüzü yaxĢı aparın!
|