www.vivo-book.com
538
oturdum. Pivə yaxĢı idi. MaĢınımı əntiq əĢyalar dükanının
arxasındakı dayanacaqda saxlamıĢdım. Məndən sol tərəfdəki
küçədə maĢınlar tıxac yaratmıĢdılar. Mən öz maĢınlarında
oturub səbrlə yolun açılmasını gözləyən sürücülərə tamaĢa
edirdim. Hər maĢında, demək olar ki, bir qadın və bir kiĢi
oturmuĢdu və onlar bir-biri ilə söhbət etmədən gözlərini önə
zilləmiĢdilər. Nə etsən də fərqi yoxdu, nəhayətində, hamı
gözləməyə məhkum idi. Sən oturub gözləyir, elə hey
gözləyirdin – xəstəxananı, su kəməri iĢçisini, dəlixananı,
həbsxananı, ölüm atanın özünü. Əvvəlcə iĢarə qırmızı idi,
sonra isə yaĢıl oldu. Nəsə gözlədikləri zaman dünya əhli
qidalanır, televizora baxır və iĢlərinə, ya da iĢsizliklərinə
görə narahat olurdular.
Mən əntiq əĢyalar dükanında almağa bəzi Ģeylər
axtaran Debra ilə Tessi haqqında düĢünməyə baĢladım.
Əslində Debradan heç xoĢum gəlmirdi. Amma budur, mən
onun həyatına girmiĢdim. Özümü gizlincə dəlikdən baxaraq
kimisə pusan pozğun kimi hiss edirdim.
|