www.vivo-book.com
546
Biz masanı Debranın yataq otağına apardıq və
çarpayının yanına qoyduq. Orda olan baĢqa masanı isə
otaqdan çıxardıq. Sonra masanın ətrafında toplaĢıb onun
mərmər səthinə tamaĢa edirdik.
– Ah, Henri... sadəcə, 200 dollar... xoĢuna gəlirmi?
– Hə, çox gözəldir, Debra, sadəcə, əladır.
Vanna otağına getdim. Əl-üzümü yudum, saçlarımı
daradım, sonra isə Ģalvarımla trusiyimi aĢağı saldım və
səssizcə öz salxımlarımı yudum. ĠĢədim, unitazın suyunu
buraxdım və yenə otağa qayıtdım.
– ġərab içərsənmi, Larri? – mən ondan soruĢdum.
– O, yox, amma çox sağ olun...
– Kömək etdiyinə görə sənə minnətdaram, Larri, –
Debra dedi.
Larri arxa qapıdan keçərək evdən çıxdı.
– Ġlahi, o qədər həyəcanlıyam ki! – Debra dedi.
Tessi divanda oturub Ģərab içə-içə bizimlə 10-15
dəqiqə söhbət elədi və sonra dedi:
– Mən artıq getməliyəm.
|