www.vivo-book.com
549
Mən o biri otağa keçib iki qədəh Ģərabla qayıtdım və
qədəhlərdən birisini Debraya verdim. Onun masanın üstünü
silməsinə tamaĢa etdim. Sonra o dönüb mənə tərəf baxdı:
– Xəbərin varmı, sənin qıçların həyatımda kiĢilərdə
gördüyüm ən gözəl qıçlardır.
– Mənim kimi bir qoca üçün heç də pis deyil, hə,
qızcığaz?
– Qətiyyən pis deyil.
Debra masanın üstünü bir qədər də siləndən sonra,
nəhayət, ondan əl çəkdi.
– Tessi ilə necə yola getdiniz?
– Heç bir problem olmadı. Əslində, ondan xoĢum gəlir.
– O çox yaxĢı iĢçidir.
– Bu haqda mən bilmirdim.
– Onun belə çıxıb getməsi mənə pis təsir elədi. Məncə,
o bizim tək qalmağımıza Ģərait yaratmaq üçün belə elədi.
Ona zəng vurmalıyam.
– Niyə də zəng eləmiyəsən, axı?
Debra telefona yaxınlaĢdı. Telefonda Tessi ilə bir xeyli
söhbət elədi. Hava qaralmağa baĢlamıĢdı. ġam yeməyinə nə
|