www.vivo-book.com
547
– Əgər istəyirsənsə, qala bilərsən, – deyə Debra təklif
etdi.
– Yox, yox, mən getməliyəm. Bu gün mənzilimdə
təmizlik iĢləriylə məĢğul olmalıyam. Lap zibilxayana dönüb.
– Mənzilini yığıĢdırmalısan? Bu gün? Sənin iki yaxın
dostunun burda oturub içki içdiyi bir vaxtda? – deyə Debra
soruĢdu.
– Burada oturub, sadəcə, öz evimdəki səliqəsizlik
haqqında düĢünürəm və heç cür rahatlaĢa bilmirəm. Bunu
özünüzə qarĢı bir Ģey kimi qəbul etməyin.
– YaxĢı, Tessi, onda gedə bilərsən. Sənin günahından
keçərik.
– YaxĢı, əzizim...
Onlar qapının ağzında öpüĢdülər və Tessi getdi. Debra
mənim əlimdən tutub yataq otağına apardı. Biz masanın
mərmər səthinə tamaĢa elədik.
– Düzünü de, bu masa haqqında nə düĢünürsən, Henri?
– Hmm, bəzən at yarıĢlarında 200 dollar uduzduğumu
və sonra da öz əməlimlə nə qazandığımı göstərə bilmədiyimi
nəzərə alsaq, məncə, sənin aldığın bu masa heç də pis deyil.
|