www.vivo-book.com
555
qalmıĢam. Mənə elə gəlir ki, mən baĢqa planetdən
gəlmiĢəm.
– Hə, problem deyil. Bircə mənim izah etdiyim kimi
hərəkət edin.
Mən yenə maĢına mindim və bu dəfə həqiqətən də hər
Ģey çox asan oldu. Tezliklə Sakit Okean ġossesinə
çıxmıĢdım və mənə lazım olan döngəni axtarırdım. Onu
tapdım. Bu yol məni okeanın düz yanındakı darıxdırıcı alıĢ-
veriĢ rayonuna gətirib çıxardı. MaĢını lap yavaĢ sürürdüm və
birdən onu gördüm: əl ilə “Qonaq Gəlin” meyxanası
yazılmıĢ lövhəni. Meyxananın pəncərələrinə fotoĢəkillər və
balaca kartlar yapıĢdırılmıĢdı. Aman Tanrım, həqiqi sağlam
qida restoranı. Restorana girmək istəmirdim. “Qonaq Gəlin”
meyxanasının yanından yavaĢca keçərək bir məhəllə
aralaĢdım. Sağa döndüm, sonra bir də sağa döndüm və orada
“Krab Limanı” adlı bir bar gördüm. MaĢını kənarda verib
saxladım və bara daxil oldum.
Saat günortadan sonra 3:45 idi. Bardakı bütün masalar
doluydu. MüĢtərilərin əksəriyyəti artıq öz yüklərini
tutmuĢdular. Mən piĢtaxtanın yanında dayandım və bir
|