www.vivo-book.com
553
– Bu gün mən öz restoranımda olmalıyam. Bəlkə
restorana gələsiniz?
– Hə, o sağlam qida verilən yeri deyirsiniz, elə
deyilmi?
– Hə, sizin üçün yaxĢı sağlam bir buterbrod düzəldə
bilərəm.
– Hə?
– AxĢam saat 4-də bağlanırıq. ÇalıĢın həmin vaxtdan
bir az əvvəl gələsiniz.
– DanıĢdıq. Bəs ora necə gəlim?
– Bir qələm götürün və dediklərimi qeyd edin.
Onun dediklərini bir kağıza yazdım.
– Saat təxminən 3:30-da görüĢərik, – mən dedim.
Təxminən saat 2:30-da folksvagenə mindim. Deyəsən o
yolun hansısa hissəsində səhvə yol vermiĢdi, ya da mən
nəyisə qarıĢdırmıĢdım. ġosse yollardan da, təlimatlardan da
zəhləm gedirdi. Mən hardansa döndüm və Leykvuda gəlib
çıxdığımı gördüm. Benzindoldurma stansiyasına gəldim və
Saraya zəng vurdum.
– “Qonaq Gəlin” meyxanası, – o dedi.
|