www.vivo-book.com
554
– Ay səni zibil, – mən dedim.
– Nə olub? Səsiniz yaman əsəbidir.
– Mən Leykvuda gəlib çıxmıĢam. Sənin verdiyin
təlimatlar bir poxa yaramadı!
– Leykvuda? Bir dəqiqə gözləyin.
– Mən geri qayıdıram. Mən nəsə içməliyəm.
– Səbr eləyin, bir dəqiqə gözləyin. Mən sizi görmək
istəyirəm! Leykvudada hansı küçədə olduğunuzu və ən
yaxın döngənin adını mənə deyin.
Telefonun dəstəyini havadan asılı qoyub harada
olduğuma baxmağa getdim. Bunu öyrənəndən sonra
olduğum yer haqqında Saraya məlumat verdim. O məni
yenidən istiqamətləndirdi.
– Bu çox asandır, – o dedi. – Ġndi isə söz verin ki,
gələcəksiniz.
– YaxĢı.
– Əgər bir də yolu itirsəniz, mənə yenə zəng vurun.
– Məni bağıĢlayın, amma bilirsinizmi, mənim qətiyyən
istiqaməti müəyyən etmə qabiliyyətim yoxdur. Yuxularımda
tez-tez kabus görürəm, görürəm ki, hardasa yolumu azıb
|