www.vivo-book.com
135
solğun görünürdü. Onların hər yeri sallanırdı, yanaqlarının
və çənələrinin altından dəri qatları və torbaları asılmıĢdı.
Cavanlar isə çox qədd-qamətli görünürdülər. Elə bil
onları yumĢaq rezindən düzəltmiĢdilər. Qızların döĢləri
qabarmamıĢdı və sağrıları çox balaca idi, oğlanların zərif və
yumĢaq üzləri isə durmadan gülümsəyir, qızarır və gülürdü.
Lakin onlar hamısı həyatlarından çox razı görünürdülər:
həm cavan tələbələr, həm də qocalar. Onların görəcək iĢləri
demək olar ki, yox idi. GünəĢ Ģüalarının altında uzanıb
xoĢhallanır və vəzifə borclarını yerinə yetirmiĢ kimi
məmnun görünürdülər.
Di Di mağazaları gəzməyə getmiĢdi. O, mağazaları
gəzib özünə muncuqlar, külqabılar, oyuncaq itlər, açıqcalar,
boyunbağılar, kiçik heykəlciklər almaqdan xüsusi zövq
alırdı və belə görünürdü ki, bütün bunlar onu xoĢbəxt
etməyə yetərlidi.
– Ah, bir ora bax! – o mağazanın sahibləri ilə söhbət
edirdi.
Deyəsən, onlar Di Dinin xoĢuna gəlirdilər. O, bir
xanıma materikə qayıdandan sonra ona məktub yazacağına
|