www.vivo-book.com
184
hissi baĢ qaldırırdı və mən geri çəkilirdim. Lidiya isə
tamamilə fərqli idi. O hər Ģeyə reaksiya verirdi. Zorakılıq
Oyununda Dəstək Qrupunun BaĢçısı idi.
Amma danıĢıq tonundan anladım ki, o daha təslim
olub. Anladım ki, daha qəzəblənmir. Səsindən hansı ovqatda
olduğunu artıq yaxĢı baĢa düĢürdüm.
– Bu mənim keçmiĢ sevgilim idi, – mən Mindiyə
dedim.
– Aranızda hər Ģey bitibmi?
– Hə.
– O sizi hələ də sevirmi?
– Məncə, hə.
– Onda hələ heç nə bitməyib.
– Yox bitib.
– Mənim qalmağımı istəyirsinizmi?
– Əlbəttə. Lütfən.
– Siz məndən, sadəcə, istifadə etmirsiniz, deyilmi?
Sizin Lidiyaya... yazdığınız bütün sevgi Ģeirlərini
oxumuĢam.
|