Çaylarin hidrologiyasi



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/6
tarix28.11.2023
ölçüsü0,67 Mb.
#166941
1   2   3   4   5   6
Muhazire 5

Çayın dərəsi və məcrası.
 
Çay dərələri
tektonik, buzlaq və erozion mənşəli 
olurlar.
 
En kəsiyinin formasına görə çay dərələri V–şəkilli, kanyonvari, trapesiodal, 
yeşikvari, təknəvari və s. kimi qruplaşdırılır. Dərənin en kəsiyində (şəkil 5.3)
dərənin yamacları və dərənin dibi aydın seçilir. Dərənin dibində çayın məcrası və 
subasar yerləşir. 
Məcra
, dərənin ən aşağı və azsulu dövrlərdə axın baş verən 
hissəsidir. 
Subasar
isə daşqın zamanı dərənin su altında qalan ən aşağı terrasdır. 
Qədim çay dərələrinin bir neçə terrası olur.
Şəkil 5.3. Çayın dərəsi (a) və məcrasının (b) en kəsik profili 
1 – dərənin qaşı (ana sahil); 2 – ana sahilin çıxıntısı; 3 – birinci subasarüstü 
terras (akkumulyativ); 4 – ikinci subasarüstü terras (erozion); 5 – terrasın qaşı; 6 
– çay məcrası; 7 –aşağı subasar; 8 – yüksək subasar; 9 – ana süxurlar; 10 – 
allüvial çöküntülər; 11 – məcrayanı bənd. 
 
Planda formasına görə çay dərələri 4 əsas qrupa bölünür: düzxətli, əyrilikli 
(meandrlı), qollara bölünmüş və dağınıq (şəkil 5.4).


 
Məcranın əsas morfoloji elementləri bunlardır: döngələr (
meandrlar
), 
calğamlar
(yerlərini dəyişə bilən adacıqlar), və ya adalar, 
quytullar
(dərin hissə), 
növbəli dayazlıq
(dayaz hissə) və 
dib qırçınları.
Çay məcrasında gəmiçilik üçün əlverişli dərinlikləri əhatə edən zolaq 
farvater
 
adlanır. Bəzən planda farvaterdən başqa ən böyük dərinliklər xətti də göstərilir. 
Məcrada dərinlikləri eyni olan nöqtələri birləşdirən xətt 
izobat
adlanır. 
Çay məcrasının əsas morfometrik xarakteristikaları (şəkil 5.3b):
onun en kəsik 
sahəsi 
F
, eni, 
B,
maksimal dərinliyi, 
H
mak
və orta dərinliyidir, h
or
. Orta dərinlik 
aşağıdakı düstura görə təyin edilir: 
h
or

. (5.9) 
Əksər çay məcraları üçün 
h
or
≈2/3
h
mak
nisbəti ödənilir. Əyrilikli məcralarda 
maksimal dərinlik adətən batıq sahilə yaxın yerdə müşahidə olunur. 
Hidravlik hesablamalarda məcranın daha iki xarakteristikasından geniş istifadə 
edilir: yaş (islanmış) perimetrin uzunluğu, 
p
,
(şəkil 5.3b) və 
hidravlik radius

R

R

(5.10) 
Yaş (islanmış) perimetr
, məcranın en kəsiyinin su altında qalan hissəsinin 
uzunluğudur. Enli və nisbətən dayaz məcralar üçün hidravlik radius praktik olaraq 
orta dərinliyə bərabərdir, çünki belə hallarda 
p=B.
Məcranın maksimal eni bir neçə kilometrə (Amazon çayı), maksimal dərinliyi 
100-110 metrə (Yenisey çayının mənsəbə yaxın hissəsində) çata bilər. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin